vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
09:10 | 27 iyun 2022 | Bazar ertəsi Məqaləyə 754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dördtərəfli sammit

Madriddə Türkiyə-NATO-İsveç-Finlandiya rəhbərlərinin görüşü keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

“Çərşənbə axşamı NATO baş katibinin xahişi ilə Madriddə Prezidentimizin iştirakı ilə Türkiyə, NATO, İsveç və Finlandiyanın iştirakı ilə dördtərəfli sammit keçiriləcək”. Bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Bu sammit olacaq. Tədbirdə iştirak etməyimiz mövqeyimizdən geri çəkilmək anlamına gəlmir”, - Türkiyə rəsmisi vurğulayıb.

"Fikrimizcə, müzakirə etdiyimiz məsələləri bir nöqtəyə gətirmişik, oradan geriyə addım atmağımız müzakirə mövzusu deyil. Bunu qarşı tərəfə çatdırdıq. "Top artıq meydançanın sizə aid tərəfindədir" dedik. Dünən baş katibin (NATO baş katibi Yens Stoltenberq-red) xahişindən sonra Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan-red) “yaxşı, dostlarımız getsin, bir də tur etsinlər”, - dedi. Oradan Madridə gedəcəyik”, - İbrahim Kalın vurğulayıb.

Brüsseldə razılıq əldə olunsa, daha yaxşı şəkildə Madridə getməyin mümkün olduğunu bildirən Kalın, Türkiyənin İsveç və Finlandiyanın PKK/PYD/YPG və onlarla əlaqəli təşkilatlara qarşı açıq, birmənalı mövqe tutmasını gözlədiyini vurğulayıb.

Qeyd edək ki, İsveç və Finlandiya PKK/PYD/YPG terror təşkilatlarına açıq və gizli dəstək verir. (Report)