Ukraynaya ağır raket zərbələri
Ən azı 10 nəfərin həlak olduğu, 40-dək insanın yaralandığı deyilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
Ukrayna hökuməti xəbər verir ki, iyunun 27-də Rusiya silahlı qüvvələri Poltava vilayətinin Kremençuq şəhərinə ağır raket zərbələri endirib. Hökumət raket zərbələrinin nəticələrini əks etdirən çoxsaylı foto və videolar yayıb.
Vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin ən azı 10 nəfərin həlak olduğunu, 40-dək insanın yaralandığını deyib.
Raketin düşdüyü Amstor ticarət mərkəzi tamamilə yanıb.
Kremençuq şəhərinin meri Vitali Maletski deyib ki, raket zərbəsi ilə “hərbiyyə ilə heç bir əlaqəsi olmayan” obyekt, həm də ən izdihamlı vaxtında vurulub.
Ukrayna prezidenti Vladimir Zelenski teleqram kanalda bu hücum barədə yazıb:
“Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürməyə çalışırlar, qurbanların sayını təsəvvür etmək belə çətindir. Bu obyektdə Rusiya hərbçilərinə heç bir təhlükə yox idi. Buranın heç bir strateji əhəmiyyəti də yox idi. Bu insanların normal həyatını pozmaq məqsədi güdən aktdır. Adamların normal hıəyatı işğalçıları cinlədir”.
Ukrayna rəsmilərinin verdiyi məlumata görə yanğının söndürülməsində 115-dək texnika iştirak edir.
Ukrayna DİN-nin müşaviri Anton Geraşşenko deyib ki, ticarət mərkəzindəki dağıntıların təmizlənməsinə ordu və könüllülər cəlb edilib.
Onun sözlərinə görə xilasedicilər dağıntıların altında qalmış insanları çıxarmağa çalışırlar.
Geraşşneko deyib ki, “onlar buna görə cavab verəcəklər”.
Ukrayna Silahlı Qüvvələrindən bildirilir ki, ticarət mərkəzi Rusiyanın “Tu-22 M3” uzaqmənzilli bombardmançı təyyarələri tərəfindən “X-22” raketləri ilə vurulub.
Xəbərdə deyilir ki, təyyarələr Kaluqa vilayətindəki Şaykovka aerodromundan qalxıb, raketləri isə Kursk vilayətinin səmasından atıb.
Rusiya hələki bu hücum barədə şərh verməyib.