vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
14:12 | 13 iyul 2022 | Çərşənbə Məqaləyə 739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İranın vaxtı bitir”

“Yaranmış fürsət bir neçə həftədən sonra bağlanacaq”

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın Xarici İşlər naziri Katrin Kolona nüvə danışıqlarının bərpası üçün İranın vaxtının bitmək üzrə olduğunu deyib və Tehran hökumətini bilərəkdən vaxtı uzatmaqda ittiham edib.

“İran danışıqları gecikdirməklə və vaxt udmaqla uranın zənginləşdirilməsi proqramlarını sürətləndirib.

Tehran üçün yaranmış bu fürsət bir neçə həftədən sonra bağlanacaq və indi masada olandan daha yaxşı sövdələşmə olmayacaq”, – deyə, xarici işlər naziri bildirib.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru iyulun 12-də ABŞ prezidentinin diplomatiyanı irəliyə doğru ən yaxşı addım hesab etdiyini bildirib.

O,  İranın nüvə silahı əldə edəcəyi təqdirdə Yaxın Şərqdə heç bir problemin asanlıqla həll olmayacağını deyib.