vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
00:11 | 29 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... “Səhər”in səsi

Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın dövlət və özəl televiziya kanallarından hələki heç biri birbaşa Xomeynini və Xameneyini hədəfə almayıb, onların ünvanına sərt ifadələr, hədə dolu mesajlar ünvanlamayıb.

Bizim telekanallar ümumən İranın anti-Azərbaycan siyasətini tənqid etməyə üstünlük verirlər. 

Ancaq İranın zülmət telekanalı olan “Səhər” kanalı isə birbaşa İlham Əliyevi hədəfə alıb. İlham Əliyevin Güney Azərbaycanla bağlı səsləndirdiyi fikirlər onları düşündürmək əvəzinə və güneyli soydaşlarımıza qarşı ədalətsizliklərə son qoymaqları barədə tədbir görmək əvəzinə cızdaqlarını çıxarıb. 

İran mediası məcbur edir ki, biz də onların liderlərini hədəfə alaq, çoxlarının bilmədikləri həqiqətləri açıb ortaya tökək. 

Elə təkcə şəhid din xadimimiz, böyük soydaşımız ayətullah Məhəmməd Kazım Şəriətmədariyə qarşı vaxtilə Xomeyni rejimi tərəfindən edilən haqsızlıqları və zülmləri gün işığına çıxarmağa başlasaq, güneylilər hazırkı molla rejiminin daşını daş üstə qoymazlar. 

İranın özündə və xarici ölkələrdə Xomeyniyə və onun davamçısı Xameneiyə müxalif olan bir çox din xadimləri var ki, Azərbaycan mediası onları tapıb danışdırmağa başlaya bilər. 

Bax, o zaman “Səhər” kimi kin və nifrət televiziyalarının, təxribatçı mediaların səsləri xırp kəsiləcək.



   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)