vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
18:45 | 28 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneylilər Bakıda

Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Azərbaycana gəlib. Səfər Ümid Partiyasının dəvəti ilə həyata keçirilir.

Təşkilat Komitəsinin üzvləri noyabrın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Tanınmış oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət edilib.

Nümayəndə heyəti həmçinin 1945-1946-cı illərdə Güney Azərbaycanda mövcud olmuş milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin məzarını, Şəhidlər xiyabanını və “Türk Şəhidliyi” abidəsini ziyarət edib.

Səfər çərçivəsində Təşkilat Komitəsinin növbəti iclasının keçirilməsi, Ümid Partiyası və Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarla, qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Səfər noyabrın 30-na kimi davam edəcək.