vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
11:19 | 21 dekabr 2022 | Çərşənbə Məqaləyə 8761 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı AHİM-ə şikayət etdi

Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır

VÜQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) yeni dövlətlərarası şikayət təqdim edib. Şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda Azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim edilib.

Qeyd edək ki, 1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın Azərbaycanlı evində qalan erməni ailələri əmlakları yandırıb gediblər.

Bütövlükdə, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

Artıq yeni mərhələdir. Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. Dəymiş ziyan isə yüz milyard dollarla ifadə olunur.