Vətəni aliləşdirənlər ...
Şimali Karolinada dekabrın 31-ni “Azərbaycan Günü” kimi qeyd etdirən xanım
Elman ELDAROĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
Adəm və Həvvanın dövründə bu dünyada bir Vətən var idi – Yer Kurəsi! Və əsrlər boyu hamı eyni dildə danışır, eyni qayğılarla yaşayırdılar. Adamlar artıb çoxaldıqca millətlərə parçalanıb, Yer Kürəsini ölkələrə böldülər. Beləliklə hər kəsin doğulub boya başa çatdığı ölkə, onun doğma Vətəni oldu. Sonra insanların şüurunda vətənpərvərlik, milli təəssübkeşlik hissləri baş qaldırdı və bu hisslər onlara hakim kəsildi. Vətənpərvərlik, milli təəssübkeşlik anlamı ölkə daxilində yüksək insani keyfiyyətlərdən sayılsa da, Vətənin hüdudlarından kənarda daha da aliləşir, qeyrətə çevrilir…
Bəli, bu dəfə sizə “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunan, uzaq Amerika qitəsində Azərbaycanın qeyrətini çəkən bir soydaşımızdan – Adika İqbaldan söhbət açmaq istəyirəm. Adika xanım 1990-cı ildə Şəki şəhərində dünyaya gəlib. Orta təhsilini 2008-ci ildə Şəki şəhər 5 saylı məktəbdə qızıl medalla başa vurub. Elə həmin il yüksək balla Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinə qəbul olunub. Birinci kursu bitirdikdən sonra təhsilini Koreya Yüksək Texnologiyalar Universitetində davam etdirib. 2013-cü ildə oranı fərqlənmə diplomu ilə başa vuraraq, nəqliyyat mühəndisi ixtisasına yiyələnib. 2013-cü ildə ABŞ-a dəvət alıb, 2015-ci ilədək Cənubi Karolina ştatında, Klemson Universitetinin nəqliyyat mühəndisliyi fakültəsində təhsilini davam etdirib və magistr səviyyəsinə yüksələrək oranı da fərqlənmə diplomu ilə tərk edib. 2015-2016-cı illərdə Nevada ştatının Las Veqas şəhərindəki özəl şirkətlərin birində nəqliyyat mühəndisi vəzifəsində çalışıb. 2016-cı ildə yenidən Cənubi Karolina ştatına dönərək, Klemson Universitetinin doktoranturasına qəbul olunub. 2019-cu ildə oranı da fərqlənmə diplomu ilə bitirərək, öz ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
2019-cu ilin sonunda Şimali Karolina ştatına köçüb. Bir müddət özəl şirkətlərdən birində nəqliyyat mühəndisi kimi çalışıb. 2022-ci ilin yanvar ayından Şimali Karolina ştatının Dövlət Nəqliyyat Deportamentində mühəndis işləyir. Yeri gəlmişkən, bütün bunlarla yanaşı o, 2015-2020-ci illərdə paralel olaraq ABŞ-ın ehtiyat ordusunda, bir növ qiyabi şəkildə xidmət edib. Kimyəvi-bioloji və radioloji ixtisaslar üzrə ehtiyatda olan hərbi mütəxəssisdir...
Ömür-gün yoldaşı Vaqas İqbal Pakistan əsilli Amerikalıdır. Şirkətlərin birində mühəndis işləyir. Daniel adlı bir oğlu var...
Adika xanım həm də ictimai fəaldır. 2021-ci ildə “Azərbaycan Dostluq Təşkilatı”nı yaradaraq, dövlət qeydiyyatına aldırıb və bu təşkilatın adı ilə xeyli tədbirlər həyata keçirib. Həmin tədbirlərdə şəhər meri ilə yanaşı, Türkiyə, Pakistan, İsrail kimi dost ölkələrin ABŞ-da olan rəsmiləri də tez-tez iştirak edirlər. Onu da vurğulayım ki, Nobel mükafatı laureatı, Türk dünyasının fəxri, məşhur professor Əziz Sancar da bu təşkilatın fəal üzvlərindən biridir. Hətta böyük Türk alimi Əziz Sancar Adikanın xidmətlərini dəyərləndirərək, onu MƏNƏVİ QIZI adlandırır...
Gözəl diləkləri var. İstəyir ki, ABŞ-ın dövlət qurumlarında çalışan azərbaycanlı məmurların sayı çox olsun. Hansı ştatda yaşamasından asılı olmayaraq soydaşlarımız arasında mehriban münasibət, qarşılıqlı hörmət hökm sürsün. Milli dəyərlərimiz unudulmasın. Ən böyük arzusu isə öz ixtisası üzrə dünyada tanınmış mütəxəssislərdən biri olmaqdır...
Təbiət qoynunda gəzməkdən, yürüş keçirməkdən, kempinq təşkil etməkdən ləzzət alır. Digər xalqların mədəniyyəti ilə yaxından maraqlanır. Ştatda Yemək festivalları keçirilərkən fəallıq göstərir. Artıq üçüncü dəfədir ki, Şimali Karolinada mütəmadi təşkil olunan Beynəlxalq Yemək Festivalında əcnəbilərə milli mətbəximizin təamlarını təqdim edir. Milli mədəniyyətimizi onlara sevdirməyə səy göstərir...
Deyir ki,- “Ermənilərin canfəşanlığına baxmayaraq, şükür olsun ki, Azərbaycanın Şimali Karolinada humanist, mütərəqqi bir ölkə kimi tanınmasına, ştatın tədbirlərində təmsil olunmasına nail oldum...“
Bacarıqlı, inadkar, necə deyərlər, qoçaq xanımdır. Tükənməz enerjisi var. Əzmkarlığı, fəaliyyəti ilə ştatın qubernatoru səviyyəsində işgüzar münasibət yarada bilib. Məhz onun sayəsində hər ilin 31 dekabr tarixi Şimali Karolinada “Azərbaycan Günü” kimi qeyd olunur...