vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
19:16 | 5 aprel 2014 | Şənbə Məqaləyə 1636 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bununla ölkədə nəsə dəyişən deyil»

«Putin istəsə, Jirinovskini Ermənistana baş nazir təyin edər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Əgər bu hakimiyyət ölkənin təhlükəsizliyindən tutmuş iqtisadiyyatına qədər hər şeyi Moskvanın əlinə veribsə, o zaman prezident Vladimir Putin istədiyi adamı Ermənistana baş nazir təyin edə bilər. O, hətta Jirinovskinin də namizədliyini təklif edər».

Virtualaz.org saytı xəbər verir ki, bu sözləri Ermənistanın müxalif «Respublika» partiyasının lideri, keçmiş baş nazir Aram Sərkisyan eks-prezident Robert Köçəryanın baş nazir olmasına Rusiyanın razılıq verdiyi barədə xəbərlərə münasibət bildirərkən deyib.

«Qoy Moskva kimi istəyirsə, onu da təyin etsin. Bundan ölkədə nəsə dəyişən deyil. Lap yaxşı, qoy elə Köçəryanı təyin etsinlər. Onda aydın olacaq ki, bu adamlar bir komandadır və birgə hərəkət ediblər, bu gün də birgə hərəkət edirlər» - deyə keçmiş baş nazir əlavə edib.

A.Sərkisyan baş nazir Tiqran Sərkisyanın istefasını mühüm hadisə hesab etmədiyini, yeni baş nazirin təyin olunmasının Ermənistanda ciddi uğurlara və dəyişikliyə səbəb olmayacağını bildirib.

Keçmiş baş nazirin fikrincə, Ermənistanda baş nazirin və prezidentin kim olmasını seçkilər yox, ancaq Moskva müəyyən edir.

«Prezidentlərin, baş nazirlərin, hətta rayon administrasiyası rəhbərlərinin və idarə rəislərinin də təyinatı Moskva ilə razılaşdırılır. Nə qədər ki bizim xarici siyasət oriyentasiyamız Rusiyaya, Gömrük İttifaqına doğrudur, belə də olacaq. Ona görə də mən həmişə hesab edirəm ki, dövlət Qərb dəyərləri sisteminə doğru kurs götürməlidir. Hansı ki, orada prezidentləri seçirlər, məhkəmə sistemi müstəqildir, əsl təhsil var» - deyə Aram Sərkisyan bildirib.