vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
17:57 | 26 iyun 2014 | Cümə axşamı Məqaləyə 1157 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ollandın Avropa üçün yeni «iqtisadi kursu»

Fransa hökuməti diqqəti layihə istiqrazlarına yönəldib

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Fransua Olland iqtisadi inkişafı yeniləmək məqsədilə Avropa üçün 1.2 trilyon avroluq Keyns tərzli investisiya planı təklif edib. Xəbəri «EurActiv» Fransa agentliyi yayıb.


İyunun 24-də Olland Fransanın planlarının təfərrüatlarını Herman Van Rompuya təqdim edib. Sənəddə Fransa hökumətinin növbəti komissiya dövründə prioritetləri, iqtisadi inkişaf, enerji və təhlükəsizlik məsələləri öz əksini tapıb.

«Avropa seçkilərindən sonra dərhal işə başlamaq lazımdır. Biz boş dayana bilməzdik», - Fransa hökuməti bildirib.

Fransa sosialistlərinin ambisiyalı planı «Milli Cəbhə» partiyasının Avropa seçkilərində qələbəsindən (25 faiz) 1 ay sonra təqdim olunub. Qeyd edək ki, seçkilərdə sosialistlər isə 14.7 faiz səs toplamışdılar.

 

1.2 trilyon avro və ya 10 «Marşal Planı»

 

Fransua Olland hesab edir ki, Avropa iqtisadiyyatı üçün 1,2 trilyon avro ayrılmalıdır. Bu məbləğ 1933-cü ildə ABŞ prezidenti Franklin Delano Ruzveltin «Böyük Böhran» zamanı təklif etdiyi sazişə bərabərdir. Avropanı yenidən qurmaq üçün 70 il bundan əvvəl «Marşal Planı»ndakı məbləğdən isə 10 dəfə böyükdür. «Marşal Planı»nın həcmi günümüzlə müqayisədə 140 milyard avrodur.

Avropa investisiya planına görə, Avropanın ÜDM-sinin 2 faizi 5 mühüm sahəyə yönəldilməlidir: xüsusən enerji, nəqliyyat və rəqəmsal sahədə iri infrastrukturların qurulması, elmi tədqiqat və inkişaf, enerji effektivliyi, gənclərin təlimi və ixtisaslaşması, səhiyyə.

 

Təkrar maliyyələşmə

 

Fransız hökuməti bildirir ki, iqtisadi artımla vergi yığımı bərpa olunacaq və dövlət büdcələri stabilləşəcək. Bunun üçün də bəzi Avropa ölkələrinin pis vəziyyətdə olan büdcələrinə görə narahatlığa ehtiyac yoxdur.

Planda maliyyələşmə üçün «Stabillik və İnkişaf paktı» kimi alternativ mənbələr təklif olunub. Bunun üçün Avropa İttifaqının (Aİ) büdcə məhdudiyyətləri azaldılmalıdır.

«AİB (Avropa İnvestisiya Bankı) xüsusi investisiyalara nəzarət edərkən özünü riskə atmayacaq», - deyən Fransa hökuməti diqqəti layihə istiqrazlarına yönəldib. Layihə istiqrazları riskləri azaltmaq üçün Avropa İnvestisiya Bankı ilə birgə maliyyələşdirilir, başqa fondlar da buna zəmanət verir. Layihələrin çoxluğuna baxmayaraq, AİB layihələri uğurla başlamağa səy göstərir.

 

Ümumavropa borcları yaranacaq

 

Fransa Avrozonada daha böyük maliyyə rəqabəti yaratmağa çalışır. Fransua Olland uzun müddət bu fikri müdafiə edib. Bu isə dövlət borclarının yerinə, ümumavropa borclarının yaranması deməkdir. İrlandiyanın böhran proqramını maliyyələşdirmək üçün Avropanın stabillik mexanizmi artıq ümumavropa borcu yaradıb. Ollandın planının da məqsədi budur. Borcları ödəməyin əvəzinə, daha çox investisiya qoyuluşu nəzərdə tutulub. Məqsəd Avropa səviyyəsində riskləri paylaşmaq və kredit faizlərini azaltmaqdır.

Fransa hökuməti öz layihəsinin 21 iyunda bir yerə toplaşan digər Avropa sosialist hökumətləri tərəfindən dəstəkləndiyini bildirir. Sol partiyalar Ollandın ambisiyalı planını dəstəkləsələr də, xüsusən Almaniyada sağ qrupları bu plana inandırmaq çətin olacaq. Alman diplomatı «EurActiv» agentliyinə Aİ Şurasından əvvəl şərh vermək istəmədiyini bildirib.

Fransanın demək olar ki, bu utopik planı növbəti Aİ Komissiyasının formalaşması üzrə müzakirələrdə mühüm rol oynayacaq. Qəbul olunma ehtimalı az olsa da, bu plan İtaliya və Fransanın Avropa mühafizəkarlarını ciddi iqtisadi tədbirlərdən çəkindirmək istədiyi, iqtisadi inkişaf və iş yerlərinin yaradılmasını təklif etdiyi daha böyük siyasi strategiyanın tərkib hissəsidir.

«Yeni və fərqli siyasi yanaşmalar ortaya çıxıb. Herman Van Rompuy uğurla sona çatan Lüksemburq toplantısında bunu hiss edib», - Fransa hökumətinə yaxın bir mənbə bildirib. İyunun 27-də keçiriləcək Aİ Şurasına hazırlıq məqsədilə Avropa məsələləri üzrə nazirlər iyunun 24-də Strasburqda bir araya gəliblər. 

Mövqe: «Fransa prezidenti növbəti 5 ildə Avropa İttifaqını əvvəlki düzgün istiqamətə yönəldəcək planı müdafiə edir. Fransa parlamentinin əksəriyyəti ilə yanaşı, mən də bu ambisiyanı və  planı dəstəkləyirəm», - Fransa Milli Assambleyasının xarici işlər komitəsinin sədri və parlamentari Elizabet Gigu deyib. Elizabet Gigu Fransanın növbəti avrokomissarı olmağa namizəddir.