vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
11:19 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 1644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya prezidenti barədə sərt sözlər

Yeni müdafiə naziri: «Putin İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətə ən böyük təhlükədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsindən sonra bəşəriyyət üçün ən böyük təhlükədir. «Eurasia Diary» «The İndependent»ə istinadən xəbər verir ki, bunu Donald Tramp administrasiyasında müdafiə naziri postunu tutacaq general Ceyms Matis (James Mattis) Senatda çıxışında deyib.

O, əlavə edib ki, dünya ikinci dünya müharibəsindən bəri çox böyük hücum təhlükəsi altındadır.

General Mattis bildirib ki, Rusiya prezidenti Vladimir Putin Şimali Atlantika alyansını məhv etməyə çalışırdı, buna görə də, ABŞ özünü qorumaq üçün müəyyən addımlar atmalıydı.

Senatda generaldan İranın nüvə silahı ilə bağlı danışıqlar haqda da soruşublar. General cavabında bildirib ki, İranın nüvə silahı məsələsi Yaxın Şərqdə təhlükə törədir və ABŞ-ın bu təhlükənin qarşısını almaq üçün danışıqlarda iştirakı düzgün addımdır.

Ceyms Mattisin bu iki bəyanatı Donald Trampın Rusiya və İranla bağlı fikirləri ilə üst-üstə düşmür.

General Mattis NATO-nu müasir tarixdə ən uğurlu hərbi alyans hesab edib, halbuki,  Donald Tramp bu hərbi alayansı tənqid edirdi.

Mattis digər maraqlı məqamlara da toxunub. O, deyib ki, Amerika verdiyi sözün üstündə durub və müttəfiqləri ilə birgə çalışmağa hazırdır.

Senatda generala həmçinin, ABŞ ordusunda xidmət edən qadınlarla bağlı sual da verilib. General suala cavabında qadınların hərbi təlimlərdə iştirak etməsinə qarşı olmadığını deyib.

Xatırladaq ki,  ABŞ generalı Ceyms Mattis əvvəlki çıxışlarında qadınların və homoseksualların orduda xidmət etməsinə qarşı olduğunu açıqlamışdı.