vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DÖYÜŞ NÖVLƏRİ  
14:41 | 27 oktyabr 2013 | Bazar Məqaləyə 3083 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DÇ himnimizlə yekunlaşdı

Finalda mundialın yeganə nokautuna imza atan boksçumuz Nazarbayevin arzusunu ürəyində qoydu

İdman şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan boksu üçün tarixinə qızıl hərflərlə yazılacaq. Belə ki, Qazaxıstanda keçirilən Dünya Çempionatında (DÇ) idmançılarımız sonuncu gündə iki qızıl medala yiyələniblər. Birinci qızıl medal barədə bir neçə saat əvvəl məlumat vermişdik. İndi isə ikinci dəfə dünya çempionu adını qazanan həmyerlimiz Məhəmmədrəsul Məcidovun qələbəsindən danışaq. 91 kq çəki dərəcəsində mübarizə aparan Məcidovun qələbəsi bir neçə məqam baxımından daha çətin şərtlər daxilində əldə olunub.

Birincisi rəqib yerli – yəni qazaxıstanlı idmançı idi. Dünya Çempionatı kimi mötəbər 1 yarışda üstəlik final döyüşündə yerli idmançı ilə qarşılaşmaq çox çətindir.
İkincisi bu qarşılaşmanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev canlı izləyirdi. Və rəqib döyüşçü qalib gələcəyi təqdirdə qızıl medalı şəxsən prezidentin təqdim edəcəyini bilirdi və bu da ona əlavə ruh yüksəkliyi verirdi.
Üçüncüsü son döyüş olduğundan mundial qalib ölkənin himni ilə yekunlaşacaqdı.
Və bütün bunlardan başqa cəmi 3 hissədən ibarət olan qarşılaşmada ilk 2 raundunda hakimlər qələbəni qazaxıstanlı idmançıya verdikləri halda, qalib döyüşçünü nokauta salmaq idmançıdan fövqəladə peşəkarlıq tələb edir di ki, həmyerlimiz  Məhəmmədrəsul Məcidov bunun öhdəsindən ustalıqla gəlib. Belə ki, Məcidovun ilk zərbəsindən sonra yerə yıxılan Dıçko ayağa qalxmağı bacarsa da, növbəti zərbədən sonra tam təslim olub. Bununla da Məcidov karyerasında ikinci dəfə dünya çempionu olmaqla yanaşı, Qazaxıstandakı mundialda yeganə nokautun müəllifi olub.
Məcidov həlledici döyüşdə yerli boksçu İvan Dıçkonu nokauta salması final döyüşlərini canlı izləyən Qazaxıstan prezidenti Nursultan Nazarbayevi məyus edib. Onun zərbəsi o qədər qüvvətli olub ki, Dıçko mükafatlandırma mərasiminə qatıla bilməyib. Halbuki, bayaq dediyimiz kimi, dünya çempionu qazaxıstanlı boksçu olsaydı, yəqin ki, qızıl medalı Nazarbayevin əlindən alacaqdı.
Əvvəlki dünya çempionatı 2011-ci ildə Bakıda keçirilmiş və o vaxt da Məcidov qızıl medala layiq görülmüşdü. Həmin vaxt boksçumuzu şəxsən prezident İlham Əliyev mükafatlandırmışdı. Almatıda isə ona qızıl medalı peşəkar boks üzrə ən ağır çəkidə dünya çempionları, ukraynalı Vladimir və Vitali Kliçko qardaşları təqdim edib. Bu da təsadüfi deyil. Millimizin hazırkı baş məşqçisi Vladimir Zolotaryov vaxtilə məhz Kliçko qardaşlarının məşqçisi olub.
Qeyd edək ki, bu ilki dünya çempionatında Azərbaycan milli komandası uğura imza atıb. Yığmamız mötəbər yarışı 2 qızıl, 1 bürünc medalla başa vurub.
Digər qızıl medala Cavid Çələbiyev (56 kq), bürüncə isə Teymur Məmmədov (91 kq) sahib çıxıb.
Çələbiyev finalda rusiyalı Vladimir Nikitini üstələyərək, karyerasında ilk dəfə dünya çempionu olub.