vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
00:14 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rustavi 2» kütləvi dəstək

Tiflisdə minlərlə adam küçələrə çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın paytaxtı Tiflisdə minlərlə adam etiraza çıxıb. Ölkənin əsas müxalifət kanalı olan «Rustavi 2» hökumətin mediaya, azad sözə basqı göstərdiyini bildirib və buna etiraz olaraq fevralın 18-də fəaliyyətini dayandırıb. Fevralın 19-da isə minlərlə Tiflis sakini kanala dəstək məqsədi ilə, parlamentin önündə aksiya keçirib. Bəzi media orqanları etiraza 10 minə yaxın şəxsin qatıldığını deyir.

Azadliq.org-un xəbərinə görə, «Rustavi 2» kanalının rəhbərliyi iddia edir ki, hökumət iş adamlarından birinin əli ilə bu kanala nəzarəti ələ keçirmək istəyir.

Gürcüstan prezidenti Giorgi Margvelashvilinin sözçüləri isə dəfələrlə bildiriblər ki, dövlət başçısı bütün media orqanlarına və xüsusən də tez-tez basqıya məruz qalan «Rustavi 2» kanalına tam dəstəyini bəyan edib.