vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
14:23 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 2813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə avtobus aşdı …

… Azərbaycanlılar həlak oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

İki azərbaycanlı qadın Türkiyədə avtomobil qəzasında həlak olub. Türkiyə mediası xəbər verir ki, hadisə bu gün səhər saatlarında Girəsun bölgəsinin Tirebolu qəsəbəsində, Qaradəniz sahil yolunda baş verib.

Trabzondan Girəsuna gedən 47 yaşlı Sedat İnanlının idarə etdiyi 61 SD 624 nömrəli mikroavtobus qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sürücü və avtomobildəki azərbaycanlı sərnişinlər - 47 yaşlı Rahilə Əsirova və 42 yaşlı İdarə Tanrıverdiyeva həlak olublar. Digər sərnişin, 49 yaşlı Şükrü Altaş isə yaralanıb.

Hadisə yerinə təcili yardım avtomobili gəlib və yaralı Tirebolu Dövlət Xəstəxanasına çatdırılıb. Yol nəqliyyat hadisəsi nəticəsində 2-si qadın olmaqla, 3 nəfərin cənazəsi morqa aparılıb.