vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
20:56 | 21 aprel 2024 | Bazar Məqaləyə 421 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2777 yaşlı şəhər

İtaliyanın paytaxtının yaranış günü qeyd olunub

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın ən qədim şəhərlərindən olan İtaliyanın paytaxtı Romanın 2777-ci “ad günü” ənənəvi tədbirlərlə qeyd olunub.

Romanın tarixi və mədəni gözəlliklərini tanıtmaq və onların dəyərini bilmək üçün fəaliyyətlər həyata keçirən Tarixi Roma Qrupu (Gruppo Romano Storico) şəhərin 2777-ci ildönümü münasibətilə tədbir təşkil edib. Tədbirdə Roma İmperatorluğu dövrünə aid əsgər, legioner, senator və qədim şəhər sakinlərinin paltarlarını geymiş insanlar şəhərin mərkəzində gəzintiyə çıxıb.

Tarixi şəhərin mərkəzindəki hippodrom sahəsi olan “Circo Massimo”dan başlayan gəzinti, Venesiya Meydanı, “Fori Imperiale” Bulvarı və Qədim Roma dövründən qalan Kolizey kimi əhəmiyyətli nöqtələrdən keçərək başlanğıc nöqtəsinə qayıtmaqla  sona çatıb.

“Circo Massimo”da Romanın qurulmasını, onun tarix boyu inkişafını və qədim dövrlərdəki Roma həyatını əks etdirən vizual şoular keçirilib. Şəhərə gələn turistlərin gəzinti və şoulara böyük maraq göstərdikləri, dayanmadan şəkil çəkdirdikləri qeyd olunur.

Əfsanəyə görə, tarixçi və yazıçı Varrone dostu Lusio Taruzionun astroloji hesablamalarına əsasən şəhərin əsası eramızdan əvvəl 753-cü il aprel 21-də kral Romulus tərəfindən qoyulub.