vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
17:09 | 2 may 2024 | Cümə axşamı Məqaləyə 507 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”

“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə mətbuata açıqlama verib. “Mən yalnız müharibədə qalib gələ bilsək NATO-ya daxil olacağımıza inanıram. Müharibə davam edərkən ittifaqa qəbul ediləcəyimizi düşünmürəm”, – deyən prezident ölkəsinin NATO-ya qəbul olunmaq üçün 32 üzvdən razılıq alması lazım olduğunu xatırladıb. O, müharibənin davam etdiyi bir vaxtda bəzi ölkələrin Ukraynanın NATO-ya üzv olmasını “riskli hesab etdiyini” diqqətə çatdırıb.

Zelenski NATO-ya üzvlüyün Ukraynanın müstəqilliyinə zəmanət verəcəyini vurğulayaraq, “Ukraynanın alyansa qəbul edilməsi üçün biz qalib olmalıyıq”, – deyib.

Ukrayna 2022-ci ilin sentyabrında alyansa üzv olmaq üçün rəsmi müraciət edib. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna uzunmüddətli perspektivdə alyansın bir hissəsi olacaq. Lakin NATO hələ ki, Kiyev administrasiyasına üzvlük prosesinin başa çatması üçün dəqiq qrafik təqdim etməyib.

Digər tərəfdən, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü İlya Evlaş, ABŞ istehsalı olan “F-16” qırıcılarının bu ay hazır ola biləcəyini iddia etdi. Evlaş, Hollandiya və Danimarkadan göndəriləcək reaktiv təyyarələrin qrafikinin hələ müəyyən edilmədiyini, lakin bəzi təyyarələrin mayın 5-dən sonra Ukraynaya çatacağını düşündüklərini bildirib.

ABŞ Konqresinin aprelin 23-də keçirilən sessiyasında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım paketini ehtiva edən qanun layihəsi təsdiqlənib. 61 milyard dollarının Ukrayna üçün ayrıldığı paket ertəsi gün ABŞ prezidenti Co Baydenin imzası ilə qanuna çevrildi.