vaxtlı-vaxtında oxuyun! Bazar, 23 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
23:14 | 16 may 2024 | Cümə axşamı Məqaləyə 1048 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Diplomatik kriz

“Deportasiyalar İki ölkə münasibətlərinə düzəldilməz ziyan vuracaq”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya mayın 8-də Rusiyanın zərərli kəşfiyyat fəaliyyətinə istinad edərək, bu ölkənin müdafiə attaşesini deportasiya edəcəyini, Rusiya ilə əlaqəli bəzi şəxslərin diplomatik statusunu ləğv edəcəyini və Rusiya diplomatik vizalarının müddətini məhdudlaşdıracağını açıqlayıb.

Kreml də buna bənzər cavab verəcəyini açıqlayıb. Rusiya Londondakı Rusiya müdafiə attaşesini deportasiya etməyə qərar verən İngiltərənin Moskvadakı müdafiə attaşesini deportasiya edəcəyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İngiltərənin Moskvadakı səfirliyinin nümayəndəsinin nazirliyə çağırıldığı bildirilib.

İngiltərə rəsmilərinin Rusiyaya qarşı verdiyi qərarların tənqid edildiyi açıqlamada “Rusiya Londondakı səfirliyinin müdafiə attaşesinə qarşı verdikləri düşmənçilik və əsassız qərar səbəbiylə İngiltərə nümayəndəsinə sərt etiraz notası verilib”.

Bəyanatda bu addımların iki ölkə arasındakı münasibətlərə “düzəldilməz ziyan” vurduğu qeyd olunub: “Biz bu addımı açıq-aşkar rusofobiya ilə siyasi motivli bir hərəkət kimi gördüyümüzü təmsilçiyə vurğuladıq”.

Bəyanatda, həmçinin Böyük Britaniyanın Moskvadakı səfirliyindəki müdafiə attaşesinin deportasiya ediləcəyi ilə bağlı nümayəndəyə məlumat verildiyi bildirilib və əlavə edilib: “İngiltərə tərəfinin mayın 8-də Rusiyaya qarşı elan etdiyi düşmənçilik hərəkətlərinə reaksiyamız bu addımla bitməyəcək. Eskalasiyaya təşəbbüs edənlər növbəti cavab addımları barədə məlumatlandırılacaqlar”.

Böyük Britaniyanın Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlikləri mayın 8-də birgə bəyanatla çıxış edərək, Rusiyanın bəd niyyətlərini əsas gətirərək, ölkənin müdafiə attaşesini deportasiya edəcəklərini, kəşfiyyat fəaliyyətində şübhəli bilinən bəzi şəxslərin diplomatik statusunu ləğv edəcəklərini və Rusiya diplomatik vizalarının müddətini məhdudlaşdıracaqlarını açıqlayıblar.