vaxtlı-vaxtında oxuyun! Bazar, 23 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
KİNO-TEATR  
11:23 | 11 iyun 2024 | Çərşənbə axşamı Məqaləyə 335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

12 saniyəlik film

Dünyanın ən qısa və tammetrajlı ssenarisi

FATEH

Frederiko Fellini bir dəfə ssenarist dostu Tonnino Querra ilə 12 saniyəlik film çəkə bilməyəcəyinə mərc edir.

“Sən bunu edə bilməzsən, dostum”, – deyir Fellini. “Bunu etmək mümkün deyil”.

Querra çiyinlərini çəkir.

“– Əgər 12 dollarından keçməyə hazırsansa, Federiko, gəl mərc edək. Sabah sənə belə bir ssenari gətirəcəyəm”.

– “Razılaşdıq, Toni. Artıq 12 dollar cibi deşməz”.

Və onlar mərc edirlər.

Fellini əmin idi ki, 12 dollar artıq cibindədir. Və qələbə ona yaxın idi.

Sonralar hadisə barədə danışarkən Querra etiraf edir ki, həmin axşam həyəcan keçirdi – on saniyəlik bir film üçün ssenari yaza bilməyəcəyindən təlaşlanırdı. Mərcin iddiası qeyri-mümkün görünürdü. Mübahisənin şərtlərinə görə, film tam metrajlı olmalı idi – süjet, kulminasiya və gözlənilməz sonluq. Bəs bütün bunları 10 saniyəyə necə sığdırmaq olar?!

Ssenari müəllifinin ağlına ancaq gecə düşənə gəldi.

– 12 dollar gətirmisən, Toni? – Fellini yuxusuz gecədən sonra dostunun azacıq qırışmış üzünə baxaraq soruşdu.

– Tələsmə, Federiko. Mən ssenari gətirmişəm.

Və Tonito Guerra kağız parçasını dostuna uzatdı. Federiko kağız parçasını açıb aşağıdakıları oxudu:

“Bir qadın televizora baxır. Ekranda raketin buraxılışının yayımı var. Geri sayma davam edir: 10, 9, 8, ... Onun hisslər fırtınasını əks etdirən üzünü görürük. Son saniyələrdə telefonu götürür, nömrəni yığır, 7, 6, 5, 4, 3, 2, 1 və raketin işə salınması ilə qəbulediciyə deyir: “Gəl, o uçdu!”

Ssenari oxuduqdan sonra Fellini səssizcə pul kisəsini çıxarıb dostuna 12 dollar sayır.

Querra tərəfindən təklif olunan ssenari tamamilə tam metrajlı film idi. 50-60-cı illərin italyan filmlərinin ruhunda əsl komediya dramı. Biz ekranda yalnız bir obraz görürük – qadın, amma əslində filmdə üç obraz var. Ulduzlara gedən ər və xoşbəxt sevgili.

Raketin buraxılışına qədər geri sayım filmə dinamika, bir növ həyəcan qatır. Son tamamilə gözlənilməz və heyrətləndiricidir.

Əsl ustalıq budur!