vaxtlı-vaxtında oxuyun! Bazar, 23 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MUSİQİ  
11:58 | 17 may 2024 | Cümə Məqaləyə 1050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyənin vizit kartı

Motsart niyə türk marşını bəstələyib?

FATEH

Volfqanq Amadey Motsart gənc yaşlarından türk musiqisi və türk adət-ənənələri ilə maraqlanırmış.

Marağın kökü Osmanlının Vyananı mühasirəyə almasına gedib çıxır. Məhz o zaman Şərq mədəniyyəti, məişəti və dəbi avropalıların diqqətini cəlb etməyə başlayıb. Avstriya-Macarıstan İmperiyasının sakinləri haqqında danışsaq, onlar təkcə kişilərin deyil, həm də qadınların qarderoblarını yaradarkən Osmanlı geyimlərindən ilham almağa başlayıblar.

Motsartın çox sevdiyi türk qəhvəsi isə Vyanalıların mətbəxində möhkəm yer tutub. Yeniçərilərin nəfəsli və zərb alətləri Avropada hərbi orkestrlərin musiqisində öz əksini tapıb.

Türklərlə bağlı mövzular tez bir zamanda populyarlıq qazanaraq musiqi və teatr tamaşalarının əsasını təşkil edib. XVIII əsrdə Avropada “türk operası” anlayışı belə yaranıb. Musiqidə bu cərəyanın ən parlaq nümunələrindən biri Motsartın ölməz əsəri olan “Saraqliodan qaçırılma”dır.

Məşhur “Türk marşı” bəstəsi hələ də dünyanın ən məşhur əsərlərindən biri olaraq qalır.

Ən maraqlısı odur ki, “Türk marşı” heç də marş deyil. Əslində bu, 11 nömrəli Piano Sonatasının son bölümüdür – “Türk üslubunda Rondo” adlanır. “Türk marşı” adının insanda yaratdığı təəssürata görə meydana gəldiyini deyirlər. Əsərdə zərb aləti yüksək diapazonda səslənir və bu da hərbçilərlə, daha dəqiq yürüşlərlə əlaqələndirilir.

Hazırda Türkiyə Cümhuriyyətinin bütün yüksək səviyyəli rəsmi qəbullarında istifadə olunan əsər ölkənin vizit kartı sayılır.