vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
10:48 | 2 may 2024 | Cümə axşamı Məqaləyə 567 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Gözəllik baxanın gözündədir”

Niyə bəzi müğənnilərin səsini daha çox bəyənirik?

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Müxtəlif insanların niyə bəzi müğənnilərin səsini digərlərindən üstün tutduğunu araşdıran alimlər gözlənilməz nəticə ilə qarşılaşıblar. Tədqiqatçılar müəyyən ediblər ki, texniki xüsusiyyətlərin musiqi zövqlərinə gözlənildiyi qədər təsiri yoxdur.

Səs və temp kimi ölçülə bilən xüsusiyyətlərin və ya şəxsi qavrayışların üstünlüklərdə daha çox rol oynayıb-oynamadığını müəyyən etməyə çalışan tədqiqatçılar 368 iştirakçıya 16 təlim keçmiş müğənninin kapella ifalarını dinləyib.

“Maks Plank Empirik Estetik” İnstitutunun (MPIEA) tədqiqatçıları müğənnilərin hər biri bir neçə dəfə sözsüz ifa edən üç səs yazısı, Bobbi MakFerrinin “Don't Worry Be Happy” və Harold Arlenin “Over the Rainbow” mahnısını seçiblər. Tədqiqatlara 326-sı internetlə, 42-si isə laboratoriyada qatılan tamaşaçılar ümumilikdə 96 nümayişi qiymətləndiriblər.

İştirakçıların zövqləri geniş diapazonu əhatə etsə də, bu qiymətləndirmələrdə bəzi oxşarlıqlar da qeyd olunub. Tədqiqatçılar bu yaxın xalların səsin akustik xüsusiyyətlərindən qaynaqlandığını düşünsələr də, nəticələr onların yanlış olduğunu sübut edib.

Akustik xüsusiyyətlər onların reytinqlərinin yalnız kiçik bir hissəsini izah etsə də, iştirakçıların seçimlərini formalaşdıran səsləri qəbul etmələri və şərh etmələri idi.

“Bizim akustik seçimlərimizin ümumiyyətlə obyektiv meyarlara əsaslandığını düşünsək də, nəticələrimiz göstərir ki, “Gözəllik baxanın gözündədir” deyimi akustikaya da şamil edilə bilər”, – müəlliflərdən biri Paulin Larrou-Maestri deyib. Araşdırma “Scientific Reports” elmi jurnalında dərc olunub.

Dinləyicinin təcrübəni səsin özü qədər formalaşdırdığını göstərən araşdırma, mahnıdan başqa səslərin necə qəbul edildiyi ilə bağlı yeni suallar doğurur.

Tədqiqatçılar araşdırmada yazır: “İndiyə qədər əldə etdiyimiz nəticələr göstərir ki, səs oxumağa gəldikdə üstünlüklər əsasən həm ifaların keyfiyyətindən, həm də tamaşaçıların xüsusiyyətlərindən asılıdır, lakin bu, mürəkkəb bir əlaqədir: Bəyənmə reytinqləri səslərin akustik xüsusiyyətləri deyil, səslərin iştirakçılar tərəfindən necə qəbul edildiyindən asılıdır”.

Gələcəkdə komanda digər oxuma üslubları kimi nitq səslərinin də cəlbediciliyi ilə bağlı araşdırmalar aparmağı planlaşdırır.