![](img/left_arrow.jpg)
![](img/right_arrow.jpg)
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
NATO toplantısına maşınla getdi
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
Xoşbəxtlikdən tələfat və itki yoxdur
ABŞ ictimaiyyəti Əfqanıstandan çıxmanı inamsızlığın ən böyük səbəbi sayır
NATO Ukraynaya HHM sistemlərini danışarkən Rusiyadan təhdid özünü yetirdi
Bıinken: “Milyonları soyuğa və qaranlığa sürüklədi”
Finlandiyadan NATO bəyanatı: “İrəliləyiş olacaq”
Britaniya mediası mümkün Rusiya-NATO müharibəsindən yazıb. Sözügedən xəbərdə milyonlarla əsgərin iştirak edəcəyi müharibənin yeri də qeyd edilib.
Rusiyanın Ukraynaya təcavüzü 21-ci əsrin dövlətləri arasında ən böyük müharibə hesab olunur. Son iki ildə bəşəriyyəti məhv edə biləcək raketlərin belə istifadə edildiyi savaşda Rusiya ordusu daha çox ənənəvi döyüş taktikasından istifadə edir. Onlar əvvəlcə hücum edəcəyi bölgəni bombalayır, sonra isə əsgər göndərirlər. Ötən illərdə Rusiya müharibədə istədiyi yerlərin çoxunu ələ keçirdi və hətta Xarkova daxil olmaq üçün hazırlıqlara başladı. Lakin bütün ölkəyə nəzarət etmək arzusu puç oldu. Frans-Press Agentliyi (AFP) bu gün verdiyi xəbərlərdə rusların müharibədə 276 kilometr irəliləyiş əldə etdiyini təsdiqləyib.
İşğalla birlikdə Avropa ölkələrini Rusiya qorxusu bürüdü və silahlanmanı artırdı, Britaniya mediası isə mümkün NATO-Rusiya müharibəsi, yəni Üçüncü Dünya Müharibəsi ssenarisindən yazıb. NATO-nun dünyanın ən kollektiv döyüşən qüvvəsi olduğunu xatırladan media yazıb ki, Alyansın 32 ölkəsinin ümumi hərbi büdcəsi 1 trilyon dollardan, aktiv şəxsi heyət 3 milyondan, ehtiyatda bir o qədərdən artıqdır. O cümlədən 700 mindən çox hərbiləşdirilmiş qüvvələr mövcuddur.
***
NATO ölkələrinin arsenallarında canlı qüvvə ilə yanaşı, 14 mindən çox tank və on minlərlə döyüş maşını, 21 min hərbi təyyarə və 2 minə yaxın gəmidən ibarət donanması var. ABŞ, İngiltərə və Fransa da nüvə silahı istehsal edir. Ukraynanın işğalından əvvəl Rusiyanın cəmi 350.000 əsgəri, təxminən 1 milyon aktiv hərbi qulluqçusu və təxminən iki milyon ehtiyatda olan əsgəri var idi.
Digər tərəfdən, NATO ölkələri təlimlər istisna olmaqla, heç vaxt birlikdə savaşmayıblar. Son iki il ərzində Rusiya nəinki taktikaları naminə yüz minlərlə əsgərini ətçəkən maşın kimi qurban verməyə hazır olduğunu, hətta qısa müddətdə ehtiyatları çıxarmaqdan və onları cəbhə bölgələrinə göndərməkdən belə geri çəkilmədiyini nümayiş etdirdi. Rusiyada hər il bir milyondan çox insan əsgərlik yaşına çatır və 18-30 yaş arası bütün kişilər bir il məcburi hərbi xidmət keçməlidir. Bu o deməkdir ki, Rusiya döyüş meydanında NATO ilə münaqişəyə girərsə, ehtiyatda çoxlu sayda hərbi təlim keçmiş və əmək qabiliyyətli döyüşçüləri olacaq.
***
Digər tərəfdən, hətta uzun müddətdir Putinlə dialoqu davam etdirmək niyyətində olan Fransa lideri Makron da Ukraynaya qoşun yeritmək təklifi ilə çıxış etsə də, NATO bu açıqlamaya əks reaksiya verib. Britaniya mətbuatı onu da xatırladıb ki, mümkün NATO-Rusiya müharibəsi Avropanın şimalında, Polşaya yaxın bölgədə başlaya bilər. NATO üzvü olan Finlandiya, Estoniya, Litva, Latviya, İngiltərə, Fransa və Almaniyanın buradakı müharibədə birbaşa iştirak edəcəyi iddia edilir.