vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
12:55 | 21 aprel 2024 | Bazar Məqaləyə 344 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Özünü müdafiə hüququ çərçivəsindədir”

NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hücumlarının artması ilə əlaqədar Ukrayna prezidenti Vladimir Zelenskinin tələb etdiyi NATO-Ukrayna Şurasının müdafiə nazirlərinin onlayn iclası keçirilib. İclasdan sonra NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldəki NATO Qərargahında mətbuat konfransı keçirərib. Stoltenberiqn sözlərinə görə, NATO-nun müdafiə nazirləri Ukraynaya hava hücumundan müdafiə də daxil olmaqla, daha çox hərbi dəstək verməyə razılaşıblar: “NATO öz imkanlarını nəzərdən keçirəcək. Ukraynaya təklif oluna biləcək sistemlər var. Ukraynaya hava hücumundan müdafiə imkanları ilə bağlı yeni xəbərlər veriləcəyini gözləmək olar”.

Yığıncağa virtual qatılan Vladimir Zelenskinin döyüş meydanındakı vəziyyət və Ukraynanın hava hücumundan müdafiə sisteminə ehtiyacı barədə məlumat verdiyini qeyd edən Stoltenberq Almaniyanın səylərini, xüsusilə də Ukraynaya əlavə “Patriot” sistemi təhvil vermə qərarını alqışladığını deyib: “Patriotlara əlavə olaraq, müttəfiqlərin təqdim edəcəkləri digər silahlar arasında “Samp-T”lər də var. Belə sistemlərə malik olmayan bəzi müttəfiqlər onları almaq üçün Ukraynaya maliyyə dəstəyi vəd edib”.

NATO müdafiə nazirlərinin bugünkü iclasında Ukraynanın təcili ehtiyaclarını, xüsusilə sursat və pilotsuz təyyarələri müzakirə etdiklərini qeyd edən Stoltenberq hər NATO müttəfiqi nə tədarük edəcəyinə qərar verəcəyini deyib: “Bəzi müttəfiqlər görüşdən sonra konkret öhdəliklər götürüblər və nəticələr yaxın vaxtlarda açıqlanacaq”.

Yardımın yolda olduğunu vurğulayan Stoltenberq bu həftə Danimarka yeni bir öhdəlik götürdüyünü deyib. “Hollandiya da 4 milyard avroluq hərbi dəstək elan etdi. Çexiya sursat təşəbbüsü çərçivəsində yarım milyon artilleriya mərmisinin tədarükünü təsdiqləyib. Mən həmçinin ABŞ Konqresində Ukraynaya kritik yardım paketi ilə bağlı səsvermədə irəliləyişi alqışlayıram. Qanun layihəsinin daha çox gecikmədən qəbul edilməsini gözləyirəm.

Ukraynanın bu silahlardan Rusiyanın döyüş imkanlarını məhv etmək üçün istifadə etdiyini vurğulayan Stoltenberq, “bu, hamımızın təhlükəsizliyinə töhfə verir. Ona görə də Ukraynaya yardım xeyriyyəçilik deyil, öz təhlükəsizliyimizə qoyulan sərmayədir”, - deyə o bildirib.

Rusiya ərazisindəki hərbi hədəflərdə Ukraynaya təhvil veriləcək hava hücumundan müdafiə sistemlərinin istifadəsinə hər hansı məhdudiyyətlərin olub-olmayacağı ilə bağlı suala Stoltenberq belə cavab verib: “Unutmamalıyıq ki, söhbət Rusiyanın qonşusunu hədəf aldığı bir təcavüz müharibəsidir. Ukraynanın özünü müdafiə etmək hüququ var və bura ölkədən kənarda legitim hərbi obyektlərə zərbələr endirmək daxildir. Yəni Ukraynaya hücum etmək üçün istifadə edilən Rusiya təyyarələrinin vurulması Ukraynanın özünü müdafiə etmək hüququ çərçivəsindədir”.

NATO müttəfiqlərinin İran və İsrail arasındakı münaqişəyə yanaşması ilə bağlı suala Stoltenberq cavab verib ki, Yaxın Şərqdə yeni müharibə heç bir tərəfin xeyrinə olmayacaq: “Münaqişənin nəzarətdən çıxmaması çox vacibdir. Bu səbəbdən biz bütün tərəfləri mötədilliyə çağırırıq”.