vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
12:21 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbiətlə əlaqə tələbi

Hər 4 uşaqdan 3-ü canlı aləmlə ünsiyyətdə olmaq istəyir

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

“The Guardian” yazır ki, İngiltərə və Şotlandiyada təbii irsin qorunması ilə məşğul olan “National Trust” təşkilatı ilə birlikdə Fevral ayında “Censuswide” tərəfindən keçirilən sorğuda 7-14 yaş arası 1000 uşaq və 1000 valideyn iştirak edib. Sorğuda iştirak edən uşaqların 76 faizi təbiətdə daha çox vaxt keçirmək, 56 faizi isə təbiətlə daha rahat əlaqə istədiklərini bildirib.

Sorğunun nəticələrinə görə, valideynlərin 63 faizi övladlarını həftədə bir dəfə və ya daha az təbii ərazilərə apara bilirmiş və bunun ən böyük səbəbi əlaqədə çətinlik olub.

Sorğuda valideynlərin 80 faizi hökumətin uşaqların yaşadığı yerdən 15 dəqiqəlik piyada məsafədə yaşıllıqların olmasını təmin etməli olduğu fikrini bölüşüb.

Milli Etimad hökuməti valideynlərin istəklərini yerinə yetirməyə çağırıb. Tədqiqatlar göstərir ki, təbiətdə keçirilən vaxt uşaqların ağciyərlərinin sağlamlığına, sümük quruluşunun möhkəmlənməsinə və psixologiyasına böyük fayda verir.

Rəsmi məlumatlara görə, əhalinin 38 faizi yaşıllıqlara, göllərə, çaylara və dənizə piyada 15 dəqiqədən çox uzaqlıqda yaşayır.

İngiltərə Baş Naziri Rişi Sunak 2023-cü ilin yanvarında hər kəs üçün yaşadığı ərazidən 15 dəqiqə uzaqlıqda yaşıllıq lazım olduğunu söyləyib. Lakin “The Guardian”ın dekabr ayında açıqladığı sənədlər hökumətin bu hədəfə çatmaq niyyətində olmadığını göstərib.