Türkiyənin qırmızı çizgiləri
Ərdoğan "atəşkəs" dedi, Putin razılaşmadı
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
Kreml nüvə silahına əl atarsa, ...
Biz taktiki nüvə silahları haqqında nə bilirik, Rusiya bunlardan istifadə edirmi?
-
Rusiya-ABŞ-Qərb tənliyi dağılmaq ərəfəsindədir
Münaqişə və məqsədlər artıq taktiki deyil, status və hətta mövcudluqla bağlıdır
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
Türkiyənin Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Tehranda Rusiya və İran prezidentləri qarşısındakı çıxışından gəldiyim nəticələr bunlardır:
1. Rusiya və İranla dostuq, ancaq Türkiyənin maraqları nəzərə alınmadan İdlibi vursalar, Ankara Astana prosesindən uzaqlaşa bilər, çünki hava bombardmanları nəticəsində həm xeyli mülki vətəndaş öləcək, həm də milyonlarla suriyalı yenə Türkiyəyə axın edəcək. Ona görə də Ərdoğan İdliblə bağlı yeni üçlü plan hazırlanana qədər Rusiyaya atəşkəs təklifi etdi. Putin Ərdoğanın bu təklifinə xeyli dirəndi. Ərdoğan güzəştə gedərək, "onda heç olmazsa İdlibdə terrorçulara silahları buraxmağa çağırışı edək" təklifini irəli sürdü. Putin bu dəfə etiraz etmədi. Bu o deməkdir ki, Rusiya İdlibi bombardman ideyasından vaz keçməyib.
2. Rusiyanın İdlibə yaxın hərbi bazalarının təhlükəsizliyinə təminat veririk, Suriyanın silahlı müxalifəti həmin bazalara hücum etməyəcəklər.
3. İdlibdə kimyəvi silahdan istifadə edilsə, bu hər şeyin sonu olacaq. Yəni Ərdoğan Qərb ölkələri kimi kimyəvi silahdan istifadə mövzusuna həssas yanaşdığını göstərdi.
4. Ərdoğan Rusiya və İran prezidentlərinə Amerikadan şikayət etdi. Ərdoğan Amerikanın terrorçu kürd təşkilatlarına tonlarla yük daşıdığını vurğuladı. Ərdoğan bunu İran və Rusiya prezidentlərinə ona görə xatırlatdı ki, onlar da Amerika kimi terrorçu kürd təşkilatlarına dəstək verməyi ağıllarına gətirməsinlər.
İran və Rusiya prezidentlərinin Ərdoğanın qırmızı çizgilərini diqqətə alacağını yaxın gələcəkdəki proseslər göstərəcək. Məsələni qəlizləşdirən budur ki, bombaların ağlı olmur, terrorçu ilə müxalifət və mülki vətəndaş arasında fərq qoymur, hamını qırır. Türkiyənin İdlibdə terrorçularla silahlı müxalifəti necə ayıracağı da asan məsələ deyil. Tehran görüşü Astana prosesi üçün ciddi sınaqdır. Maraqlıdır ki, Ərdoğan nitq söyləyərkən Rusiya prezidenti Vladimir Putinin iranlı həmkarından fərqli olaraq gözləri türkiyəli həmkarında deyil, əvvəlcədən hazırladığı mətndə idi.