vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
12:54 | 21 sentyabr 2023 | Cümə axşamı Məqaləyə 3630 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsəd mühasirədən çıxır(mı?)

Açılış bəhanəsilə Çin səfəri

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriya prezidenti Bəşər Əsədin Çinə səfəri başlayıb. Bu Suriya diktatorunun 20 ildən sonra Çinə ikinci səfəridir. Əsəd sonuncu dəfə 2004-cü ildə Çinin o zamankı lideri Hu Jintao ilə görüşmək üçün Çinə səfər etmişdi. Əsəd Suriyada müharibənin başladığı 2011-ci ildən bu yana Rusiya və İran xaricində başqa ölkələrə səfər edə bilmirdi, onu dəvət edən də yox idi.

Bəşər Əsəd Çinə 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək səfər edib. O şərqi Çinin Jejiang əyalətinin paytaxtı Xançjou şəhərinə gedib. İdman tədbiri bəhanədir. Əsəd Çin lideri Si Tsinpinlə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək. Bu görüş və sammitdə iştirak Əsəd üçün vacibdir.

Çin lideri Suriya diktatorunu ölkəsinə dəvət etməklə Qərbin rəyi ilə hesablaşmadığını ortaya qoyub. Suriyada vətəndaş müharibəsi zamanı yüz minlərlə mülki insan həlak olub, orduda parçalanma əmələ gəlib, terrorçu qruplaşmalar bir-biriylə savaşıblar. Suriya böyük dövlətlərin maraqlarının kəşişdiyi məkana çevrilmişdi. Çin Suriyadakı proseslərə qarışmırdı. Əsas oyunçular Rusiya, İran, Türkiyə, ABŞ və bir qisim ərəb ölkəsi idi.

Bəşər Əsəd Rusiyanın dəstəyi sayəsində ərazilərin böyük hissəsində nəzarəti bərpa edə bilib. Doğrudur, silahlı kürd qruplaşmalar və bir qisim fərqli silahlı qruplar ölkənin ərazisinin bir hissəsinə nəzarət edirlər. Ancaq Suriya dünya agentliklərinin artıq baş xəbəri deyil, ölkədə nisbi sakitlik bərpa olunub. Bu Bəşər Əsədə imkan verir ki, legitimliyini beynəlxalq aləmdə bərpa etməyə çalışsın. Onun əsas vəzifəsi ərəb ölkələri ilə keçmiş əlaqələrin bərpasıdır. Ancaq Bəşər Əsədə maliyyə də lazımdır ki, müharibənin nəticələrini aradan qaldırmağa çalışsın. Ərəb dövlətləri onunla təmaslara razılaşsalar da, Suriyaya yatırım qoymağa tələsməyəcəklər. Əsədə dəstək verən Rusiya və İranın isə dağılmış Suriyanı bərpa edəcək qədər maliyyəsi yoxdur. Əksinə, Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir, inflyasiya artıb. Buna görə də Bəşər Əsədin ümidi Çinədir. Pekin müxtəlif ölkələrdə yatırımlar həyata keçirir.

Buna baxmayaraq, Çinin də iqtisadi artımı zəifləyib və maliyyəsini ehtiyatla xərcləmək məcburiyyətindədir. Pekin bəzən təhlükəli bölgələrdə də yatırımlar həyata keçirir. Buna misal olaraq Çinin Talibanın hakim olduğu Əfqanıstana yatırımlar qoymasıdır. Ancaq Suriyada sabitlik hələ bərpa olunmayıb və vəziyyətin istənilən an dəyişməsi ehtimalı var. Bu səbəbdən Pekin Suriyaya yatırım qoymağa tələsməyəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)