vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:16 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölkə sazişlə qorunmur

Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüsseldə 5 apreldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək amerikalı və avropalı rəsmilərin ona ölkəsi üçün təhlükəsizlik təminatı verəcəyi məlumatları geniş yayılıb. ABŞ və Avropa İttifaqı heç onlara daha yaxın Ukraynaya təhlükəsizlik təminatı verə bilmirlər, bunu Ermənistan üçün necə həyata keçirəcəklər?

Doğrudur, bır sıra Qərb dövləti Ukrayna ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıb. Ancaq bu sazişlər deklorativ xarakter daşıyır. Həmin sazişlər Ukraynanı Rusiyanın hücumlarından qorumur. ABŞ və Avropa İttifaqı və ya Fransa eyni sazişi Ermənistanla imzalaya bilərlər. Ancaq həmin sazişlər də işləməyəcək. Çünki Ermənistan-Azərbaycan sərhədi müəyyənləşməyib, sülh sazişi imzalanmayıb. Digər tərəfdən Vaşinqton, Brüssel və ya Paris Rusiyadan hələ qopmayan, Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmayan Ermənistana necə təhlükəsizlik təminatı verəcək, belə bir təminat verilsə belə bunu necə reallaşdıracaqlar? Bir ölkədə bir-birinə zidd qüvvələrin - həm Rusiyanın, həm də ABŞ və ya Fransanın hərbi bazalarının mövcudiyyətini təsəvvür etmək çətindir. Doğrudur, indinin özündə Ermənistanda Rusiyanın hərbi bazasıyla yanaşı Avropa İttifaqının, əsasən Fransanın müşahidəçi missiyası var və hələ ki, bir-birlərinə mane olmurlar. Ancaq həmin müşahidəçi missiya silahlı deyil və Ermənistanın təhlükəsizliyinin təminatçısı deyil.

Bu arada, Ermənistanın sərhəddə yeni qüvvələr toplamasını müxtəlif ehtimallarla əsaslandırmaq mümkündür. Birincisi, Nikol Paşinyan 4 kəndin qaytarılması mövzusunu 5 apreldə Brüsseldə müzakirə etmək istəyir, veriləcək məsləhət əsasında qərar verəcək, buna qədər isə sərhədi möhkəmləndirmək qərarını verib. Görünür, Paşinyan bu qənaətdədir ki, Azərbaycanın 4 kəndi geri qaytarmaq üçün çox gözləmək fikri yoxdur. Həqiqətən aprel ayında məsələ həll olunmalıdır. Yaxşı olardı ki, Paşinyanla Brüsseldə görüşən rəsmilər ona kəndlərin geri qaytarmaq məsələsini çox uzatmamağı məsləhət görərdilər. İkinci ehtimal Paşinyanın Ermənistan ordusuna tam nəzarət edə bilməməsiylə bağlıdır və baş nazirin orduda “5-ci kolon” adlandırdığı güclər Azərbaycana qarşı təxribat planlaşdırırlar. Ermənistandakı Rusiyaya bağlı güclərin sərhəddəki erməni zabitlərinə “Paşinyanın əmrini yerinə yetirməyin” çağırışları da bundan xəbər verir. Ermənistan ordusundakı “5-ci kolonun” məqsədi 4 kəndi qorumaq deyil, onsuz da bunu bacarmayacaqlar, Paşinyanı devirməkdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)