Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
İLQAR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Depardye həbs olunub
Məşhur aktyor yenə cinsi təcavüz ittihamı ilə üzləşib
-
Afrikada Fransa antipatiyası
Burkina Fasoda üç diplomat deportasiya edilib
-
Yeni Kaledoniya və istilaçı Fransa
Kiçik tarixi, iqtisadi araşdırma
-
Hotelin altından 640 illik qala tapılıb
Xəndəklənmiş binada sikkələr, zinət əşyaları ilə yanaşı mebel də olub
-
Le Pen qəyyumluğa götürüldü
Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Fransanın qatı ermənipərəst baş naziri
Attalın yəhudi əsilli olması heç nəyi dəyişmir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
Ya fransız olun, ya da fransız...
Cinsi azlıqlara haqq tanıyan Makron, etnikləri gömür
-
Fransada dəhşətli yanğın
Çoxlu insan, o cümlədən uşaqlar həlak olub
-
Makrona maxinasiya şoku
“McKinseygate” qalmaqalı ilə bağlı araşdırmalar başladı
-
“Onsuz da öyrənmək çətindir”
Bricit Makron fransızcanın müdafiəsində ...
-
La-Manşda qayıq batıb
30-50 arası miqrantın axtarışına başlanılıb
Xəritəyə diqqətlə baxsanız görəcəksiniz ki, Çin və Orta Asiyadan quru ilə Avropaya aparan nəqliyyat koridorunun dar hissəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçir. Şərqdən Qərbə doğru təbii ehtiyatların daşınma xətti, nəqliyyat dalanına çevrilmiş, İran və Rusiyanın sıx əhatəsindədir. Digər tərəfdən, Ermənistan bu xəttin qarşısını alan ən ciddi maneələrdən biridir.
Məhz buna görə, Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə həm müstəqim, həm də məcazi mənada yoluna qoyulması Avropa və Asiya ölkələri üçün həyati əhəmiyyət daşıyır. Yazılanları ABŞ və Avropada çox yaxşı anlayırlar, sözü gedən nəqliyyat koridorunu genişləndirməyə yönəlik Avropanın və ABŞ-ın çalışmaları göz qabağındadır. Bütün bunlar Makronun hansı oyun oynadığını tam aydın edir.
Qazaxıstanın yeni seçilmiş prezidenti Tokayevin Moskvadan sonra dərhal Parisə yola düşməsi təsadüf deyil və ola da bilməz. Fransanın duyğusal və “təəssübkeş” prezidentinə nəhayət, onun ana dilində (Tokayev fransız dilini çox yaxşı bilir) izah edilməlidir ki, onun “erməni məhəbbəti” oyunu həm də Asiyanın böyük ümid bəslədiyi layihələri heçə endirə bilər...