vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:17 | 15 yanvar 2024 | Bazar ertəsi Məqaləyə 2283 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransanın qatı ermənipərəst baş naziri

Attalın yəhudi əsilli olması heç nəyi dəyişmir

HÜSNİYYƏ

34 yaşlı Qabriel Attal Fransanın yeni baş naziri oldu. O, təhsil naziri postundan baş nazir kürsüsünə keçib. Yazırlar ki, o, Makronun yaratdığı siyasi məxluqdur və ona çox yaxın insandır. Onların ortaq sosialist keçmişi və sağ düşərgəyə keçidi var.

Attalın özü çox maraqlı fiqurdur. Tunis köçməni Sefarad yəhudi əsilli olan atası İv Attal hüquqşünas və kinoprodüserdir. Anası – Mari de Kruiss yunan-rus əsilli xritsian-pravoslavdır. Onun əcdadları 1917-ci ildə Odessadan Fransaya qaçan mühacirlər olub. Yeni baş nazirin anası 4 uşağının hamısını pravoslav ənənəsində böyüdüb. Fransa baş nazirinin siyasi ambisiyalarında anasının rolu böyük olub. Beləliklə, Qabriel Attal pravoslav yəhudidir və ya onlar xaçpərəst adlandırılır. Bundan əlavə, Attal açıq şəkildə mavidir.

Onun tərəf müqabili Stefan Sejournet Makronun İntibah Partiyasının baş katibi və Avropa Parlamentində Avropayönlü “Yeniləşən Avropa” qrupunun rəhbəridir. Və ən maraqlısı bundan sonra başlayır!

Qabriel Attal Qarabağ məsələsi üzrə “ekspert”dir. O, hələ 2019-cu ildə Fransa parlamentinin deputatı olarkən Qarabağla bağlı qətnamənin BMT Təhlükəsizlik Şurasına təqdim edilməsi təşəbbüsü ilə çıxış edib. O vaxt torpaqlarımız hələ işğal altında idi. Attal tələb etmişdi ki, Azərbaycan öz ərazilərinə iddia qaldırmağa cəsarət etməməlidir.

Sıravi bir fransız deputatın təşəbbüslərinin BMT Təhlükəsizlik Şurasında bürokratik keçidi təxminən 3 il çəkdi. 2020-ci ildə biz Qarabağın böyük hissəsini azad etmişdik və sənəd öz-özünə bərpa olundu və Attal antiazərbaycan və ya ermənipərəst siyasətçi imici ilə məşhurlaşdı.

Bu gün Fransa rəhbərliyindəki birinci və ikinci şəxslərin əslən yəhudi olması heç nəyi dəyişmir.