vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SOSİAL  
14:15 | 26 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 2599 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ombudsmandan ipoteka təklifi

“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətəndaşların uyğun qiymətə mənzilə olan ehtiyacının ödənilməsini təmin etmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemi vasitəsi ilə Yasamal Yaşayış Kompleksində satışa çıxarılmış sosial mənzillərin bir hissəsinin alqı-satqısı başa çatdırılıb.

ONA xəbər verir ki,  bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki,  həmin mənzilləri həm öz vəsaiti hesabına, həm də güzəştli ipoteka krediti vasitəsi ilə alan vətəndaşlara müvafiq endirimlər tətbiq olunub. Bununla yanaşı, Ombudsman hesab edir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisələrində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiq edilməsi, bu məqsədlər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na müvafiq bəndin əlavə edilməsi zəruridir.