vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
10:46 | 19 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1906 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Van gölünün səviyyəsi düşür

Ekoloqlar həyəcan təbili çalır

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin şərqində qlobal istiləşmənin təsiri altında Van gölündə suyun səviyyəsi aşağı düşür. Prosesə yağıntıların azalması və buxarlanma kimi amillər təsir edir.

Dövlət Su İşləri Departamentinin nümayəndəsi Ayhan Şahna bildirib ki, Van gölü son illərdə quraqlıqdan ən çox zərər çəkən yerlərdən biridir.

O vurğulayıb ki, gölün ərazisi getdikcə daralır.

“Quraqlığın fəsadları təkcə bataqlıq ərazilərdə deyil, Van gölündə də müşahidə olunur. Son 10 ildə Van gölünün sahəsi təxminən 140 santimetr azalıb. Bu hadisə 1950-ci illərdən sonra da müşahidə olunub. Ümid edirik ki, quraqlıq yağışlarla əvəzlənəcək”, – deyən Şahna kənd təsərrüfatında suvarma üçün suyun əhəmiyyətini vurğulayıb.