vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
15:37 | 15 yanvar 2024 | Bazar ertəsi Məqaləyə 1710 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanı gözləyən virtual bəla

Sosial bərbarəsizlik və işsizlik artacaq

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni təhlilinə görə, süni intellekt texnologiyası dünya üzrə bütün iş yerlərinin təxminən 40 faizinə təsir edəcək. BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva deyib ki, “süni intellekt ümumi bərabərsizliyi pisləşdirəcək”.

Georgieva sözlərinə görə, ölkələr “texnologiyanın sosial gərginliyi daha da artırmasının qarşısını almaq üçün” bu problemi həll etməlidir.

Araşdırmada süni intellektin geniş yayılmasının faydaları və riskləri araşdırılıb.

BVF, süni intellektin inkişaf etmiş iqtisadiyyatlarda iş yerlərinin böyük bir hissəsinə — təxminən 60 faizə təsir edəcəyini söyləyib. Bu nümunələrin yarısında işçilər öz məhsuldarlığını artırmaq üçün süni intellektdən istifadə edə bilərlər.

Ancaq digər hallarda, süni intellektin insanların hal-hazırda yerinə yetirdiyi əsas vəzifələri yerinə yetirməyə qadir olacağı irəli sürülür. Bu, əməyə tələbi azalda, əmək haqqına təsir edə və hətta iş yerlərini ləğv edə bilər.

BVF süni intellekt texnologiyasının aşağı gəlirli ölkələrdə iş yerlərinin yalnız 26 faizinə təsir edəcəyini proqnozlaşdırır.

Georgieva deyib ki, “bu ölkələrin bir çoxunun süni intellektdən faydalanmaq üçün infrastrukturu və ya ixtisaslı işçi qüvvəsi yoxdur, bu o deməkdir ki, zaman keçdikcə texnologiya ölkələr arasında bərabərsizliyi pisləşdirə bilər”.

Təhlildə qeyd olunub ki, yüksək gəlirli və süni intellekti mənimsəyən gənc işçilər maaşlarında qeyri-mütənasib artım müşahidə edə bilərlər. Lakin BVF-ə görə, aşağı gəlirli və yaşlı işçilərdə bunu əksi baş verə bilər.

“Ölkələrin hərtərəfli sosial təhlükəsizlik şəbəkələri yaratması və həssas işçilər üçün yenidən hazırlıq proqramları təklif etməsi çox vacibdir. Bunu etməklə biz süni intellektə keçidini daha əhatəli edə, dolanışıq vasitələrini qoruya və bərabərsizliyi azalda bilərik”, — Georgieva bildirib.

BVF-nin təhlili İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu ilə birlikdə dərc edilib.

Süni intellekt ChatGPT kimi tətbiqlərin populyarlığının artmasının ardından aktual mövzudur. Bununla bağlı bəzi hüquqi tənzimləmələr də hazırlanır. Keçən ay Avropa İttifaqı rəsmiləri süni intellektin istifadəsini tənzimləyən dünyada ilk hərtərəfli qanunlar haqqında ilkin razılığa gəliblər.

Avropa Parlamenti bu ilin əvvəlində süni intellektlə bağlı qanunvericiliyə səs verəcək, lakin heç bir qanun ən azı 2025-ci ilə qədər qüvvəyə minməyəcək.