vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
19:46 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 583 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrail Livanla savaşa hazırlaşır?

Müdafiə naziri daha bir müharibənin anonsunu verib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail mediası müdafiə naziri Yoav Qallantın israilliləri Livanla müharibəyə hazırlamağı düşündüyünü iddia edib. “Yediot Ahronot” qəzetinin məlumatına görə, İsrailin müdafiə naziri martın 29-da ordunu şimalda Hizbullaha qarşı genişmiqyaslı müharibə ehtimalına hazırlamaqla bağlı ən yaxşı variant tapmaq üçün toplantı keçirib.

Xəbərdə Dəməşqdə İran rəsmilərini hədəf alan hücumun məsuliyyətini Tel-Əvivin hələ öz üzərinə götürmədiyi vurğulanıb: “Əgər bunun üçün Təl-Əvivin məsuliyyət daşıdığını qəbul etsək, ictimaiyyəti Hizbullah və onun iranlı havadarları ilə genişmiqyaslı müharibəyə hazırlamaq zərurəti yaranacaq”.

Bildirilib ki, Qallant ictimaiyyətin müharibə ehtimalını necə qəbul edəcəyi ilə bağlı ictimai rəy sorğusu aparılmasına da göstəriş verib və müharibə vəziyyətində məlumatlandırmanın ən yaxşı üsulunun müəyyən edilməsini istəyib.

“Müdafiə naziri təkcə İsrail ictimaiyyətinin artan müharibə ehtimalına reaksiyasından deyil, həm də Hizbullah lideri Həsən Nəsrullahın ictimai məlumatlandırma kampaniyasına reaksiyasından narahatdır.

Nəsrullahın İsrail mediasının yaxın izləyicisi olduğu düşünülür. Çıxışlarında o, tez-tez İsraildəki ictimai əhval-ruhiyyəni təhlil edir. Nəsrullah buna görə də belə bir kampaniyanı İsraillə hərbi münaqişəni gücləndirmək üçün fürsət kimi görə bilər.

Livanla müharibə ilə bağlı kampaniya mövzusunun İsrail ordusundakı yüksək rütbəli zabitləri narahat etdiyinə diqqət çəkən qəzet, adının açıqlanmasını istəməyən mənbəyə istinadən, “Biz (Livana qarşı kampaniyanı) sürətləndirməliyik. Bunu vətəndaşların panikaya düşməsi üçün yox, məlumatlılığı artırmaq və nəyə hazırlaşdığımızı dəqiq bilmək üçün etməliyik”, – qeyd edib.