Avropadan Mordora siqnal
Qərar işğalçı Rusiya üçün yaxşı mesajdır
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
Ukrayna və Moldova Avropa Birliyi üzvlüyünə rəsmi namizəd ölkə statusu aldılar. Hər iki ölkə, xüsusən böyük bir düşmənlə çətin müharibə şəraitində olan Ukrayna üçün tarixi qərardır.
Aydındır ki, üzvlük yaxın gələcəyin işi deyil, bunun üçün ən azı “Kopenhagen” və “Maastriht” kriteriyalarına uyğunlaşmaq lazımdır. Buna isə xeyli vaxt (yəqin ki, azı 10, bəlkə 15 il) lazım olacaq. Lakin 24 fevral 2022-ci ilə qədər bu barədə ümumiyyətlə, söhbət belə yox idi. Ukrayna namizəd statusu bir yana, adicə üzvlük perspektivi almaq üçün mübarizə aparırdı, ona nail olmağa çalışırdı ki, Avropa Birliyi Ukraynanın bütün kriteriyalara uyğunlaşacağı halda, nə vaxtsa təşkilata üzv qəbul ediləcəyini rəsmi qərarla vəd etsin.
Namizəd statusu almaq o mənaya gəlir ki, həmin ölkə rəsmən Avropa ailəsinin bir parçası elan olunur. Qərar hazırkı ağır şəraitdə Ukrayna dövləti və xalqı, o cümlədən cəbhədəki əsgərlər üçün böyük mənəvi dəstək və stimuldur. Bu, o deməkdir ki, 2014-cü ildən - Avromaydandan bəri axan qanlar yerdə qalmadı və qalmır, verilən itkilər hədər getmədi və getmir...
Namizəd ölkə üçün üzvlük prosesi uzana bilər, hətta bəlkə sonda həmin ölkəni qəbul etməyə də bilərlər, amma “Kopenhagen” və “Maastriht” kriteriyalarını yerinə yetirmək Avropa Birliyi standartlarında bir dövlətə çevrilmək deməkdir. Bununla bağlı son illərə qədər Türkiyə prezidenti Ərdoğanın tez-tez təkrarladığı yaxşı fikir var idi, o bildirirdi ki, bizi qəbul etmirlər-etməsinlər, Kopenhagen kriteriyalarını “Ankara kriteriyaları” adlandırıb, yolumuza davam edəcəyik, çünki bu, bizim öz xalqımıza lazımdır. (Amma etmədi.) İndi bu kriteriyalar Ukrayna üçün konkret bir yol xəritəsi rolunu oynayacaq və Ukrayna xalqı tələb olunan dəyişiklikləri, modernizasiyanı reallaşdıra bilməyən hökumətin yaxasına yapışacaq, lazım olsa, onları kabinetlərindən bayıra atıb, başqaları ilə əvəzləyəcək.
Qərar işğalçı Rusiya üçün də yaxşı mesajdır. Dörd ay əvvəl Putin rejimi müstəqil, milli Ukrayna dövlətini ortadan qaldıraraq onu öz qaranlıq təsir sferasına qaytarmaq niyyəti ilə müharibəyə başladı. (Rusiya üçün Mordor – Zülmət diyarı bənzətməsi çox yerinə düşür). Lakin dörd ay sonra Brüsseldən rəsmi siqnal aldı ki, Ukrayna Avropa ailəsinə aid olan suveren dövlətdir.
“Mordor”a ən ciddi siqnalı isə Ukrayna xalqı özü verməkdədir: onlar hər cür itkiləri gözə alıb, qaranlıq və “it hürən” tərəfdən işıq gələn tərəfə addımlamaqda qərarlıdır. Ukrayna himninin 1862-ci ildə etnoqraf-folklorçu Çubinski tərəfindən yazılmış sözləri bu günlə inanılmaz dərəcədə səsləşir.