Tayvan Ukraynaya bənzəyəcək
Vaşinqtonun hədəfləri – ilk sırada Çin dayanır
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Ay uğrunda qızğın mübarizə
Yaponiya Çini geridə qoya bilər
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman Hind-Sakit okean bölgəsiylə bağlı keçirilən seminarda bildirib ki, Vaşinqton Pekinin Tayvana qarşı hərbi əməliyyata başlaması ehtimalını istisna etmir. Şerman bunun baş verməməsi üçün ABŞ administrasiyasının bütün imkanlardan istifadə etdiyini deyib.
Vaşinqton nədən hesab edir ki, Pekin Tayvana müdaxilə edə bilər?
Bunu Çin lideri Si Sinpinin Kommunist Partiyasının son qurultayındakı çıxışı ilə əlaqələndiriblər. Si Tsinpin çıxışında bildirmişdi ki, Tayvanı Çinə birləşdirmək istəyir: “Biz bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Ancaq danışıqlar nəticə verməsə hərbi gücdən də istifadə edə bilərik”. Si Sinpinin məhz son cümləsi Vaşinqtonda Pekinin Tayvana qarşı hərbi əməliyyata başlamaya biləcəyin fikrini formalaşdırıb.
ABŞ rəsmiləri və diplomatları son vaxtlar çinli həmkarlarıyla dialoqu genişləndiriblər. Məqsəd Pekini hərbi əməliyyata başlamaq fikrindən daşındırmaqdır. Vaşinqton digər tərəfdən Tayvanın hərbi potensialını da artırmaq siyasəti yürüdür ki, müharibənin başlayacağı təqdirdə ada özünü qoruya bilsin. Bəzi amerikalı ekspertlər müharibənin başlayacağı təqdirdə ABŞ-ın birbaşa savaşda iştirak etməyəcəyi qənaətindədir. Bu bir növ Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə bənzəyəcək. ABŞ birbaşa müharibədə iştirak etmir, ancaq Ukraynaya maliyyə və hərbi yardım göndərir, Ukrayna ordusunun imkanlarını artırır. Vaşinqton Ukrayna üçün etdiklərini Tayvan üçün də edəcək.
Bu arada, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cjao Liczyan ABŞ-ın dünyada xaos yaratmaqda ittiham edib. Sözçü Vaşinqtonun siyasəti ilə bağlı Pekinin mövqeyini açıqlayıb. Pekin hesab edir ki, ABŞ məqsədinə çatmaq üçün siyasi təhdiddən, iqtisadi sanksiyalardan və texnologiyaların yayılmasının qarşısının alınması üsullarından istifadə edir. Çinli diplomat misal kimi Suriya və İraqı göstərib. Pekinin mövqeyi belədir ki, Vaşinqton bu üsullarla beynəlxalq və regional təhlükəsizliyə zərər verir. Çinli diplomat Vaşinqtonun Çinə qarşı təhdidlərrdən əl çəkməyə çağırıb.
Pekinin çinli diplomat vasitəsilə çıxışını Vaşinqton nəzərə almayacaq. Vaşinqton hədəflərini müəyyənləşdirib və ilk sırada Çin dayanır. Bir neçə il əvvəl ABŞ üçün əsas təhdid beynəlxalq terrorizm idi. Bu təhlükə yox olmasa da, zəifləyib. Ona görə də Vaşinqton üçün təhdidlər sırasında Çin beynəlxalq terrorizmdən ön plana çıxıb.