Pekini tənqidində səmimi deyildi?
Tramp Ağ Evə hazırlaşarkən, ifşaedici məlumatlarla üz-üzədir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Mən kampaniyamı dayandırıram...”
“Açıq sərhədlər, artan cinayətlər, rekord inflyasiya” ABŞ-da problemə çevrilib
-
“Diktator olacaq beyni yoxdur”
Sabiq müşavir keçmiş prezident barədə alçaldıcı açıqlamalar verdi
-
DeSantis Trampı üstələdi
Onların iki oxşar xüsusiyyətləri var
-
3 dəqiqəlik çıxışa 60 min dollar
... Yaxud “Tramp öz dediyinə inanırsa, deməli reallıq hissini itirib”
-
“Təhrikedici sözlər idi”
Hakim Trampın tələbi rədd edilib
-
“Bilirəm, amma demirəm...”
Trampdan qeyri-adi açıqlama: “O qədər də uzaq olmayan gələcəkdə”
-
Trampın zəif yeri
Prezident seçkilərində respublikaçıların təkrar qələbəsinə təhlükə yaradan təbəqə
-
Prezidentlərinin “qara qutu”su danışacaqmı?
Epşteyn həbsdən qurtarılmasa, təkcə ABŞ-da deyil, bütün dünyada əzbərlər pozulacaq
-
“Qarşı tədbirlər görüləcək”
Çinin ABŞ-a cavabı gecikmədi
-
Ticarət müharibəsi yenidən “alovlandı”
Donald Tramp: “10 faiz gömrük vergisi qoyulmuş malları əhatə etməyəcək”
-
“Yalnız mənim dövrümdə reallaşa bilər”
Tramp yenə Kim Çen Indan danışdı
-
ABŞ-da FED dramı
Donald Trampın müstəqil olmalı quruma təzyiqləri davam edir
-
Kral razıdır
“Təhlükəsizliyin, sabitliyin və sülhün təminatında birgə əməkdaşlıq üçün …”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Ağ Evə qayıtmaq barədə düşünür. Amerikanın hazırkı prezidenti Co Baydenin sağlıq problemləri var. Ona görə də onun ikinci müddətə prezident seçilməsi suallar doğurub, hətta Demokrat Partiyasından olan tərəfdarları da Baydenin yerinə başqa namizədin olması gərəkliyi barədə mülahizələr yürüdürlər. Bu vəziyyətdə Donald Tramp Respublikaçılar Partiyasının əsas namizədinə çevrilə bilər.
Donald Trampın Baydenə qarşı əsas silahı onun sağlıq problemləridir. Doğrudur, Tramp da yaşlıdır, ancaq fiziki baxımdan daha sağlam görünür. Respublikaçılar Partiyası prezidentliyə güclü namizəd tapmasalar Trampın namizəd olması ehtimalı artacaq. Trampın rəqibləri bunun qarşısını almağa çalışırlar. Onlar Trampa qarşı ifşaedici faktlar tapmağa və yayımlamağa başlayıblar. Misal üçün Tramp prezident olanda ən çox Çini tənqid edirdi. Ancaq bəlli olub ki, Tramp ailəsinin Çində böyük biznes maraqları var. “The New York Times” dərgisində yayımlanan araşdırmaya görə, Trampın Çində bank hesabı var idi və bu hesab vasitəsilə bu ölkədə iqtisadi layihələr həyata keçirilirdi. Trampın Çində otellər şəbəkəsi də mövcuddur və həmin şəbəkə Çinə vergi ödəyirdi.
Donald Tramp prezident seçildikdən sonra biznesini ailə üzvlərinə tapşırsa da, Çindəki şəbəkə ailəyə yaxşı gəlir gətirirdi. Amerika mətbuatı Tramp əleyhinə başqa bir məqalə də yayımlayıb. Məlum olub ki, Trampın inşaat şirkətlərindən biri Çin şirkəti ilə birgə İndoneziyada böyük tikinti həyata keçirib və böyük gəlir əldə edib. Tramp ailəsinin Çinlə ortaq layihələri Dubayda da mövcuddur. Trampın qızı İvanka Çinlə birgə fəaliyyəti koordinasiya edib. Çinin nəhəng “İCBC” bankının Nyu-York filialı Trampın binasında yerləşib. Amerika mətbuatında Donald Trampın Nyu-Cersi qolf klubunda çinli məşhur biznesmen Tao Liu ilə şəklini yayımlayıb. Onun Çin və Latın Amerikasında mütəşəkkil cinayətkarlarla əlaqəsinə dair məlumatlar var. Çində bu biznesmen axtarışa verilib. Bu Trampı onunla dostluqdan çəkindirməyib. Çinli biznesmenin də Nyu-Yorkda “Trump Tower”də dəbdəbəli mənzili var.
Əlbəttə, Tramp ailəsinin Çindəki iqtisadi fəaliyyətində heç bir kriminal yoxdur. Sadəcə Trampın rəqibləri ona diqqət yetirirlər ki, Çində bu qədər iqtisadi marağı olan Ağ Evin keçmiş sahibi Pekini tənqidində səmimi deyildi. Tramp prezident seçkisində namizədliyini irəli sürərsə, ona qarşı bu kimi ifşaedici faktlardan istifadə olunacaq.