vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:29 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 1570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Leyla Əliyevadan tələbələrə dəstək

60 nəfər əlaçıya yüksək təqaüd verilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondunun vitse-prezidenti Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasının ali məktəblərində təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılıb.

AzərTac-a xəbər verir ki, artıq altı ildir ki, əlaçı azərbaycanlı tələbələr Leyla Əliyeva tərəfindən təsis edilmiş xüsusi «RAGB əlaçısı» təqaüdü alırlar.
Bu təqaüdü Moskvanın və Rusiya Federasiyası regionlarının ali məktəblərində ikinci, üçüncü, dördüncü və beşinci kurslarda oxuyan tələbələr ala bilər. Bu halda həmin tələbənin təhsil aldığı bütün illər ərzində qiymətləri əla olmalıdır. Bu il RAGB təqaüdü alan tələbələrin sayı 60 nəfərdən çoxdur.