vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 13 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9245 AZN
1 Rusiya rublu 1 RUB = 0.0252 AZN
1 İngilis funt sterlinqi 1 GBP = 2.1972 AZN
1 Türk lirəsi 1 TRY = 0.3109 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DİASPORA  
13:10 | 17 iyun 2018 | Bazar Məqaləyə 670 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fonddan Qardabaniyə hədiyyə

Gürcüstandakı soydaşlarımıza təcili tibbi yardım avtomobili göndərildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın Qardabani rayonunda yaşayan azərbaycanlılara Heydər Əliyev Fondunun hədiyyəsi olan yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili təqdim edilib.

Vaxt.az bildirir ki, bu barədə “Trend”ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Hədiyyəni qonşu ölkədə rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib.
Komitə sədri rayonda yaşayan soydaşlarımızın qayğıları ilə də maraqlanıb.
İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya, hədiyyəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq ediblər.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə gürcü ziyalılarla görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri xüsusi müzakirə mövzusu olub. Komitə sədri ölkələrimiz və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən söz açıb, Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin Gürcüstan ilə əlaqələrə böyük önəm verdiyini qeyd edib. Bildirilib ki, əlaqələrimizin və əməkdaşlığımızın möhkəmlənməsi və inkişafı üçün geniş imkanlar mövcuddur. Görüşün məqsədi də gürcü ziyalılarla görüşüb, onların bu məsələlərdə fikirlərini öyrənmək olub.
Müzakirə zamanı gürcü politoloqların, jurnalist və alimlərin fikir və təklifləri dinlənilib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *