vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DİASPOR  
13:32 | 22 sentyabr 2022 | Cümə axşamı Məqaləyə 2134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Soydaşlarımız səfərbərliyə cəlb olunacaqmı?

Rusiya ordusu ilə bir illik xidmət müqaviləsi olan miqrantlara vətəndaşlıq verilməsində məqsəd ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada səfərbərlik elan olunub. Qərardan dərhal sonra da Rusiya vətəndaşlığı almaq üçün proseduraların xeyli sadələşdirildiyi bildirilib.

Belə ki, Rusiya ordusunda ən azı bir illik xidmətlə bağlı müqavilə bağlayanların dərhal vətəndaşlıq alacağı açıqlanıb. Bu vəziyyət narahatlıq yaradacaq bir çox suallar doğurub.

Rusiyadakı azərbaycanlılar nə etməlidirlər? Səfərbərliklə bağlı onları nə gözləyir? Ukraynaya qarşı vuruşan Azərbaycan vətəndaşına ölkəmizdə hüquqi münasibət necə olacaq? XİN və Diaspora qurumumuz bu haqda nə düşünür?

Mediadan görünür ki, səfərbərlik elanından sonra Rusiyadakı miqrantlar arasında və onların aid olduğu bir çox MDB ölkələrində narahatlıqlar baş qaldırıb.

Bu ölkələr miqrantların müxtəlif üsullarla Ukraynaya qarşı müharibəyə cəlb olunacağından ehtiyatlanırlar.

İndiki zamanda oradakı azərbaycanlılara ciddi hüquqi məsləhətlər və köməklik göstərilməlidir.

Əgər Rusiyada həbsxanada olanları da müharibəyə göndərmək istəyirlərsə, demək çalışacaqlar ki səfərbərlik adı altında, müxtəlif şirnikləndirici təkliflər və TV propaqandası ilə  miqrantları da orduya cəlb etsinlər.

İndiki halda Rusiyadakı azərbaycanlılara, səfərbərliklə bağlı yeni yaranmış situasiyada atılacaq hüquqi addımlarla bağlı, alternativ məlumatlandırma ilə bağlı köməklik göstərilməsinə ciddi ehtiyac var.