vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
DİASPOR  
16:25 | 18 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

26 yaşlı azərbaycanlı nazir

Ruminə Purmuxtari əslən Təbrizlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Azərbaycandan olan 26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. O, hazırda İsveç hökumətində təmsil olunan ən gənc nazirdir.

1995-ci il noyabrın 12-də İsveçdə anadan olan soydaşımız Uppsala Universitetində siyasi elmlər sahəsi üzrə təhsil alıb. Ruminənin atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib.

R.Purmuxtari üç ildir İsveç Liberallar Partiyasında fəaliyyət göstərirdi və bu müddət ərzində paytaxt Stokholm bölgəsində mədəniyyət məsələlərindən məsul şəxs olub.

O, bir hekayələr toplusu kitabının müəllifidir.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının lideri Ulf Kristersson oktyabrın 17-də İsveçin yeni Baş naziri seçilib. O, parlamentdə Xristian Demokratlar Partiyası və Liberal Partiya ilə koalisiya hökuməti qurduğunu açıqlayıb. (Report.az)