İran rialının dəyəri rekord həddə enib
1 dollar 41 100, 1 avro isə 48 900 riala bərabər olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Milyarderin edam hökmü ləğv edilib
Babək Zəncaninin əfv fərmanını Xamenei təsdiqləyib
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Bizimlə dirəşən o birilərlə barışır
İran ətrafında halqa daralıb, sanksiyalar sərtləşib
-
İran elitasında parçalanma?
Uğurlu inqilab üçün əsas amil
-
Xalqa qarşı 9500 “Hizbullah”çı ...
Molla rejimi etirazçılara qarşı Yəmən, İraq və Əfqanıstandan terrorçular gətirir?
-
Mollaları silkələyən şüarlar...
“Biz hamımız Mohsen Şəkəriyik!”
-
İran odla oynayır ...
... yaxud bir Abbasılıq qiyməti olmayan yalan
-
İranı qarışdıracaq daha bir qətl
Sünni dini lideri qaçırdılar və üç güllə vurdular
-
HHM qarşılığında PUA
Rusiya və İran tam hüquqlu tərəfdaşa çevrilir
Son günlərdə İranın milli valyutasının dəyəri bir daha yeni rekord həddə düşüb. Noyabrın 13-də 1 ABŞ dolları 41 min 100 riala dəyişdirilirdi. Bu isə cəmi iki həftə ərzində 500 rialdan çox artım deməkdir.
Rial avroya qarşı da dəyər itirib. Bir avro 48 min 900 riala dəyişdirilir. Bu, noyabrın əvvəlinə nisbətən 1000 rial artıq deməkdir.
İsveçdə yaşayan iqtisadiyyat professoru Əhməd Ələvi yazır ki, rialın davamlı dəyər itirməsinin əsas səbəblərindən biri inflyasiya səviyyəsinin daim yüksək qalmasıdır. İran Mərkəzi Bankının məlumatına görə, son 6 ay ərzində inflyasiyanın səviyyəsi 10 faizə yaxın olub. Bu isə onun dünyadakı orta göstəricini üç dəfədən də çox aşması deməkdir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, yaxın zamanlarda İranın bu istiqamətdə hər hansı müsbət dəyişiklik yaşaması gözlənilmir. BVF-in ən son hesabatına əsasən, İranda 2017-ci il üçün inflyasiya həddinin 10.5 faiz, 2018-ci ilin sonunadəksə 10.1 faiz olacağı gözlənilir.
Hökumətin marağı
Ancaq struktur problemi olan inflyasiya yeganə əngəl deyil. Bu yaxınlarda Mərkəzi Bank uzunmüddətli və qısamüddətli əmanətlər üçün faiz dərəcələrini 20 faizdən 15 faizə endirmək qərarını verib. Bu qərarın ardınca İran mediası insanların əmanətlərini banklara yerləşdirməyə daha az meylli olduğunu bildirib. Bu halda xarici valyuta alıb saxlamaq daha etibarlı investisiya sayılır. Bu isə məzənnəni qaldırır.
Eyni zamanda, İran hökumətinin məzənnənin müəyyən həddə qədər yüksəlməsində maraqlı olması da mümkündür. Bu ona büdcə kəsrini doldurmağa gərək ola bilər. Dövlətin iqtisadiyyatın əsas hissəsinə nəzarət etdiyi ölkədə hökumət bazara xarici valyuta çıxaran yeganə mənbədir.
Hazırda İranda xarici valyuta iki fərqli məzənnə ilə dəyişdirilir. Azad bazar məzənnəsi noyabrın 13-də 1 dollar üçün təqribən 41 min 100 rial təşkil edib. Hökumətin apardığı əməliyyatlarda, məsələn, mühüm idxal əməliyyatlarında istifadə olunan, Mərkəzi Bankın qoyduğu rəsmi məzənnə isə 35 min 249 rialdır. İkili məzənnə sistemi korrupsiyanın geniş yayılmasına gətirib çıxarıb. Bəziləri qaydaları manipulyasiya edərək, yaxud da bank rəsmiləri ilə əlaqələrindən yararlanaraq, xarici valyutanı daha sərfəli rəsmi məzənnə ilə ala bilir. Daha sonra onu sərbəst bazar məzənnəsi ilə sataraq böyük gəlir əldə edirlər.
Şəffaflıq
İran hökuməti uzun müddətdir ki, ikili məzənnə sisteminə son qoymaq planlarından danışır. Ancaq hökumət bu addımın nəzarətdən kənar mənfi fəsadlara, məsələn, mal və xidmətlərin qiymətlərinin həddindən çox artmasına yol aça biləcəyindən çəkinir. Valyuta məzənnəsinin belə yüksəkliyinin yaxın gələcəkdə birməzənnəli sistemə keçiləcəyindən xəbər verməsi də mümkündür.
Ahmad Alavi yazır ki, rialın devalvasiyası büdcə kəsrini doldurmaq üçün qısamüddətli çıxış yolu olsa da, ixracatı stimullaşdırsa da, İran hökuməti milli valyutanın devalvasiyasını qeyri-müəyyən vaxta qədər davam etdirə bilməz. Hökumət ölkənin büdcə strukturunda və maliyyə sistemində ciddi, mühüm islahatlar aparmalıdır.
Hazırda ölkənin maliyyə resurslarını qeyri-şəffaf durumda olan çoxsaylı qurumlar udur. Bura, əsasən, Ali dini lider Əli Xameneinin nəzarətindəki dini və hərbi qurumlar da daxildir.
Yazı müəllifi hesab edir ki, prezident Həsən Ruhani İran iqtisadiyyatını sabitləşdirmək istəyirsə, o, ilk növbədə təcili bu məsələni həll etməli, qurumların şəffaf və hesabatlı fəaliyyətini təmin etməlidir.