vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
20:12 | 16 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atambayev 100 milyon dollara yox dedi

Qırğızıstan prezidenti Qazaxıstanın yardımından imtina edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstandan 100 milyon dollarlıq yardım nəzərdə tutan razılaşmanı ləğv edib. Bu yardım Bişkekə gömrük infrastrukturunu Avrasiya İqtisadi Birliyi standartlarına uyğunlaşdırmağa veriləcəkdi.

Qırğızıstan prezidentinin vebsaytında noyabrın 16-da dərc olunmuş məlumatda deyilir ki, Qazaxıstan hökumətinə bu qanun barədə məlumat veriləcək.

Qırğızıstan birliyə 2015-ci ilin avqustunda qoşulub. Rusiyanın rəhbərlik etdiyi ticarət blokuna Qazaxıstan, Belarus və Ermənistan da daxildir.

Qazaxıstan 100 milyon dolları ayırmağa ötən ilin dekabrında razılaşıb və ilk tranş bu ilin sonunadək ayrılmalıydı.

İki ölkənin münasibətləri son aylar pisləşib, Atambayev Astananı öz ölkəsindəki 15 oktyabr prezident seçkisinə müdaxilədə ittiham edib.