vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ƏDƏBİYYAT  
23:13 | 16 noyabr 2017 | Cümə axşamı Məqaləyə 168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

29 ilə sığdırılan inqilabçı-şair ömrü

... Yaxud Arazda boğulan nakam taleli Səməd Behrənginin müəmmalı ölümü

Elmin NURİ

MÖVZU İLƏ ƏLAQƏLİ

O, dünya uşaq ədəbiyyatının ən güclü nümayəndələrindən sayılır. Cəmi 29 il yaşamasına baxmayaraq, özündən sonra böyük irs qoyaraq getmişdi.

1939-cu ildə Təbrizdə bir fəhlə ailəsində anadan olan Səməd Behrəngidə Vətən sevgisi, xalqın milli dilinə vurğunluq hər zaman olub. O, tez-tez Azərbaycan dilində olan radio proqramları dinləmək üçün Araz qırağına gələrmiş.

Araşdırmaçı Əli Şamil Səməd Behrəngi haqqında danışarkən, onun əsasən, kəndlərdə millətinin övladlarına əlifba, hesab öyrədərək öz təhsilini artırmağın da qayğısına qaldığını deyir: «Səməd Behrəngi 1961-ci ildə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsini bitirdi. Şah rejimi isə məktəblərdə, dövlət idarələrində, ictimai yerlərdə xalqların dilində danışmağı qadağan etmişdi. Hamı fars dilində danışmalı və yazmalıydı. Özü də fars dilinin yalnız Tehran ləhcəsində! Bu da nəinki dillərində danışmaq qadağan edilmiş türkləri, kürdləri, lorları, bəlucları, ərəbləri, hətta ayrı-ayrı ləhcələrdə danışan farsları da narazı saldı.

Belə bir durumda Səməd Behrəngi və onun kimi vətənpərvərlər ana dilini yaşatmaq və inkişaf etdirmək istəyirdilər. Onlar 1945-46-cı illərdə Təbrizdə ana dilində universitet, teatr, filarmoniya, qəzet və jurnallar fəaliyyət göstərdiyindən, ümümtəhsil məktəblərində təhsil ana dilində olduğundan, dövlət idarələrində sənədləşmə işləri türk dilində aparıldığından xəbərdar idilər. Şah rejimi həmin illərdə çap olunmuş qəzet-jurnalları, kitabları məhv etdirsə də, oxunmasını qadağa qoysa da, vətənsevərlər gizlətdikləri kitabları, qəzet və jurnalları gənc nəslə oxumağa verirdilər.

Səməd Behrəngi də həmin dövrün qəzet və jurnallarını, kitablarını oxuyaraq, xatirələri dinləyərək böyüyən gənclərdən idi. O, vətəninin digər guşəsində Sovet Azərbaycanında təhsilin ana dilində olduğunu, qəzet-jurnalların ana dilində çıxdığını bilirdi. Böyük həvəslə imkan tapan kimi Bakıdan yayımlanan radio verilişlərinə qulaq asırdı».

Səməd Behrəngi də dostu Bəhruz Dehqanı ilə birlikdə kənd-kənd gəzib, nağıllarımızı toplayıb fars dilinə çevirərək kitab çap etdirdilər. Bu nağıllar kitabı farslar və bu dili bilən xalqlar tərəfindən də maraqla qarşılandı. Oxucular bu nağıllar vasitəsilə bir növ qədim türk mədəniyyəti ilə tanış oldular.

Səməd Behrəngi mərkəzdən uzaq kəndlərdə müəllim işləməklə, nağıllar toplamaqla, hekayələr yazmaqla, tərcümələr etməklər yanaşı, ədəbi prosesi də dərindən izləyirdi. O, milli şüuru oyatmaq üçün ana dilində yazıb-yaradan, ədəbiyyatı yeniləşdirməyə çalışan şair və yazıçıların yaradıcılığına daha çox diqqət yetirir, onlar haqqında məqalələr yazırdı.

Səməd Behrənginin müəmmalı ölümü bu gün də suallarla doludur. O, həqiqətənmi, üzə bilmədiyi üçün boğulmuşdu, yoxsa, bilərəkdən, boğdurulmuşdu?

Əli Şamili dinləyək: «Səməd Behrəngi 1968-ci il avqustun 30-da Muğanda – indiki İran İslam Respublikasının Xumarlı kəndi yaxınlığında Araz çayında boğuldu.

Dostları və tanışları Səməd Behrənginin üzə bilmədiyini söyləyirlər. O, Araz sahilinə Sovet Azərbaycanına baxmaq, oradakı soydaşlaırnın uzaqdan da olsa, hər bir hərəkatını izləyərək ləzzət almaq, radio verilişlərinə qulaq asmaq arzusuyla gəlirdi. Hökumət dairələrinin də Səməd Behrənginin davranışından, danışıqlarından xoşu gəlmirdi. Ona görə də Səməd Behrənginin Arazda boğulması şübhə ilə qarşılandı.

29 yaşında yetkin bir insan qədər iş görə bilmiş Səməd Behrənginin xatirəsi həmişə ehtiramla yad edilir, onun həyatı gənc nəslə nümunə kimi göstərilir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *