vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9326 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1384 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3191 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
11:53 | 6 dekabr 2018 | Cümə axşamı Məqaləyə 876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəkildən sözəcən...

Fotoqraflar üçün stolüstü kitab ...

AMEA-nın Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, yazıçı, jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin “Foto və söz” kitabı işıq üzü görüb.

Nəşr metodik vəsait kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Elmi Şurasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə çap olunub.

Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Esmira Ağababaqızı, rəyçiləri - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu, “Foto və söz hörgüsü” adlı “Ön söz”ün müəllifi isə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdur.
Vəsaitdə müəllif sözlə fotonun vəhdətini jurnalistika nəzəriyyəsi və öz təcrübəsi əsasında çəkdiyi şəkillər vasitəsilə təqdim edir. Bundan əlavə, “Dünya fotoqrafiya tarixindən”, “Azərbaycanda fotoqrafiya”, “Yaxşı fotoqrafiyanın sirləri”, “Bədii yaradıcılıqda foto”, “Fotojurnalist publisist və araşdırıcıdır” və digər başlıqlar altında oxucuya fotoqrafiyanın tarixi, xüsusiyyətləri, inkişaf mərhələləri təqdim olunur.

Kitab ali məktəblərin jurnalistika fakültələrinin tələbələri, fotomüxbirlər, həvəskar fotoqraflar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *