vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
00:38 | 13 iyul 2022 | Çərşənbə Məqaləyə 620 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejiminin təbliğatı lağa qoyuldu

İranda “Hicab və İffət günü” necə qeyd olunub?

MÖVZU İLƏ ƏLAQƏLİ

İran qadınlarının hüquqlarını müdafiə fəalları iyulun 12-də başlarından hicabı açdıqlarını göstərən videolar yayıblar. Eyni gündə İranda hakimiyyət “Hicab və İffət günü” gününü qeyd edirdi.

Sosial medialarda yayılan videolarda qadınlar və kişilər İranda qadınlar üçün hicabı məcburi edən qanunları pisləyirdilər.

Bəzi videolarda qadınların küçədə baş örtüyünü açıb tullamaları görünür. Bəzi qadınlar isə ictimai nəqliyyat və mağazalara hicabsız gəlməklə etiraz bildiriblər.

İran İslam Respublikasının təqvimində 12 iyul “Hicab və İffət günü” kimi təsbit edilib. Xəbər verilir ki, hökumət idarələri bu günün əslində bir həftə ərzində qeyd edilməsini təmin edirlər.

***

İyulun 12-də İranın dövlət telekanalları başlarında yaşıl hicab, əyinlərində uzun ağ don olan qadınların rəqsini nümayiş etdirib. Rəqsi musiqi sədaları ilə yanaşı Qurandan oxunan surələr də müşayiət edirdi.

İran sosial medialarında bu videonu çox sayda istifadəçi lağa qoyub. Bundan əvvəl bir neçə qadın və vətəndaş haqları fəalı adamları “Hicab və İffət günü”ndə etiraz bildirməyə çağırmışdılar.

Bunun ardınca sosial media şəbəkələrində hicaba etiraz edən çox sayda postlar yaylılıb.

Nyu-Yorkda mənzillənmiş İranda İnsan Haqları uğrunda kampaniya iyulun 11-də İranda keçirilən “Hicab və İffət günü”ndə mümkün həbslər və zorakılıqlar barədə xəbərdarlıq etmişdi.

Yarırəsmi Fars xəbər agentliyi həqiqətən də iyulun 11-də bir neçə nəfərin saxlandığı barədə məlumat yayıb. İranda qadınlar və 9 yaşdan yuxarı qızlar üçün hicab 1979-cu ilin İslam İnqilabından sonra məcburi qaydaya çevrilib. Buna baxmayaraq İranda minlərlə qadın bu qaydalara etinasızlıq nümayiş etdirib.