Azərbaycan-Ermənistan döyüşləri ...
... Yaxud Cənubi Qafqazda ABŞ-Rusiya qovğası
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Şübhəli zərf həyəcanı
17 ştata içərisində şübhəli maddə olan məktublar göndərilib
-
30 nəfər ölüb
Mafiya müharibələrində ölkə qan gölünə çevrildi
-
Məşhurlardan Kuba çağırışı
Bir çox keçmiş dövlət başçıları və tanınmış simalar Bayden məktub yazıb
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
Kreml nüvə silahına əl atarsa, ...
Biz taktiki nüvə silahları haqqında nə bilirik, Rusiya bunlardan istifadə edirmi?
-
Rusiya-ABŞ-Qərb tənliyi dağılmaq ərəfəsindədir
Münaqişə və məqsədlər artıq taktiki deyil, status və hətta mövcudluqla bağlıdır
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil edildi. Blinkenin Ceyhun Bayramovla Ararat Mirzoyanı görüşdürməsi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində ABŞ-ın rolunu qabartmaqdır.
Sərhəddəki genişmiqyaslı döyüşlərdən sonrakı ortaya çıxan düyünlərin açılmasında ABŞ-ın təşəbbüskarlığı daha çox regionda Rusiya orbitinin daralmasını qarşıya məqsəd qoyur.
Hərçənd ki, sərhəd toqquşmalarının yedəyində ABŞ Cənubi Qafqazdakı regional dinamikaya əhəmiyyətli təsir etmək imkanlarını Rusiyaya uduzdu. İndi ABŞ itkilərindən irəli gələn dilemmaları çözməyə çalışır və vahid yanaşma tətbiq etmək istəyir.
Hərbi əməliyyatlar və onun Azərbaycanın xeyrinə dəyişilən siyasi xəritə üzərindəki nəticələri Vaşinqtonu passivlikdən çıxarıb aktiv hərəkətlərə vadar edir.
ABŞ-ın dünya hegemonluğunun dalğasının Cənubi Qafqaza keçidinin qarşısında Rusiya dayanır, Vaşinqton isə ehtiyat edir ki, Moskva dominantlığını Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində saxlamağı bacaracaq.
Mütləq qeyd edilməlidir ki, ABŞ qlobal düzənin Cənubi Qafqaz teatrında hegemonluq taxtı qura bilməyib. Yaranan boşluğu isə onun rəqibi olan Rusiya hərbi-siyasi iştirak sferasında, digər “düşməni” Çin isə regional iqtisadi layihələrdə doldurmağa can atır.
Rusiya Cənubi Qafqaza özünün müstəsna təsir dairəsi kimi baxmaqda prinsipialdır, məsuliyyət dərəcəsinin bölüşdürülməsi və üzərindəki yükü azaltmaq üçün isə Türkiyə ilə birgə maraqların formalaşmasına çalışır.
ABŞ-da geosiyasi məqsədlər üçün “dinc dayanmır”, Rusiyanın Ukraynadakı bəzi hərbi-siyasi uğursuzluqlar kompleksini özünün canlanması üçün fürsətlərə çevirmək üçün Cənubi Qafqaza dair hansısa yeni plan hazırlayıb.
ABŞ Rusiyaya qarşı səyləri gücləndirmək kampaniyasında Türkiyəni öz tərəfində tutmaq niyyətindədir, amma yürütdüyü siyasət Ankaranı Moskva ilə yaxınlaşdırır.
Görünür ki, ABŞ problemlər və çətinliklərlə üzləşsə də, Cənubi Qafqaz süfrəsinə əliboş gəlmir.
ABŞ-ın Cənubi Qafqaz siyasətində iddialı gündəlik formalaşdırmasının səbəbləri sırasında onun Gürcüstanı da əldən buraxmamaq prinsipləri dayanır.
Çünki Kreml, maraqlarının sıxışdırılmasına cavab olaraq ABŞ-a qarşı Gürcüstan kartını oynaya bilər.
Azərbaycan öz ordusunu gücləndirməklə və Ermənistana qarşı hərbi əməliyyatlar ssenarisini masada saxlamaqla Rusiya və Qərb arasındakı tarazlığı faydalı nəticələr hasil olunmasına çalışacaq.
Bakının balans siyasəti o məna hasil etmir ki, özünün təhlükəsizlik maraqlarını balansın tərəfindəki uclara qurban verəcək.
Azərbaycan hələlik Rusiyanın Ermənistana qəzəbli münasibətindən istifadə edir, ancaq Qərbdə İrəvana qarşı hirsli bir ox yaranmayıb.
Azərbaycan regional və beynəlxalq mövqelərdə balans dəyişsə belə, özünün Ermənistan üzərindəki basqılarını saxlayacaq və bunu mümkün hərbi əməliyyatlarla ədəbiləşdirəcək.