vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
20:53 | 14 oktyabr 2022 | Cümə Məqaləyə 700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Liberalı belə səlib yürüşünə hazır ölkə

Makronun yerinə Şarl de Qol da olsa, nəticə dəyişməyəcək

Elmir MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məsələ Markon, yaxud başqasının şəxsində deyil, onun barəsində nəsə aşağılayıcı fikir yaymaq da mənasızdır. Çünki bu işlər hər hansı bir şəxsin edəcəyi məsələ deyil, bu bir cəmiyyətin formalaşdırdığı dövlətin siyasi vektorudur.

İstənilən ölkə/dövlət onu bu, və ya digər şəkildə dünyaya gətirmiş cəmiyyət/toplumda qəti müəyyən edilmiş fikir ilə formalaşır, çoxluğun qəbul etdiyi bu fikri də təkzib edənlər yalnız marginallar və ekstravaqantlar qrupu olur ki, fransız cəmiyyətində də bizim (haqlı olub-olmağımızdan asılı olmayaraq) tərəfimizə söz deyəcək adam bəlkə top atəşinə tutulacaq marginallar ola bilər – fərq eləməz, olsun Makron, olsun Jak Şirak, yaxud Nikola Sarkozi, lap Şarl de Qol belə olsun, nəticə eyni olacaq.

Erməni ekspertlərdən maraqlı olanlardan biri Georgi Derluqyan (çünki səmimi danışır) hansısa söhbətlərinin birində bir fransız siyasətçisinin (təəssüf ki, adı xatirimdə qalmayıb) onunla söhbətdə danışdığı tezisi demişdi. Adam parlamentdə sol liberal cinahın nümayəndəsi imiş və buna deyibmiş ki, şəxsən liberal olsam da Türkiyə (yəni ki, eynilə də Azərbaycan) mövzusunda özümü bir səlibçi kimi hiss edirəm.  

Bunlar zarafat kimi səslənsə də, tarixi-ictimai reallıqlardır, ola bilər zarafata salaq, gülək, olsun, amma bunları sonda anlamaq da gərəkdir, cəmiyyət olaraq nəhayət yetkinləşmək üçün. Bilmək lazımdır ki, bütün bunlara rəğmən Fransa bu gün paralel olaraq bizim silah satışı üzrə ən böyük tərəfdaşlarımızdandır – siyasət deyilən əslində elə gərək bu ola.

P.S. Vaxt vardı, yəni düz 20 il bundan əvvəl, rəhmətlik Şamil Qurbanovun parlamentdəki məlum çıxışına toplum olaraq gülürdük, kişi doğrudan çox əsəbi demişdi o ifadəni. Amma indi də eynisini görəndə adamın yadına Münhauzenin sözləri düşür – gülün, cənablar, gülün.