vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
11:19 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 1612 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UNESCO-dan TQDK-ya yüksək qiymət

Ekspertlər Azərbaycanı MDB-nin bu qaranlıq fonunda yeganə istisna sayırlar

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb»

Bir neçə il əvvəl UNESCO tərəfindən dünyada təhsil sistemində korrupsiyanın miqyasına dair hazırlanmış hesabatın əsas müddəaları nəşr olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, qeyd olunan hesabat kitab halında rus dilində nəşr olunaraq yayılıb. Hesabat təhsilin planlaşdırılması üzrə beynəlxalq institut tərəfindən 60 ölkədə vəziyyətin təhlil olunması nəticəsində hazırlanıb.

Hesabatda qeyd olunub ki, korrupsiya bütün dünyanın təhsil sistemlərinə ciddi zərər vurur. Müəyyən olunub ki, ali məktəblərə qəbul zamanı qeyri-qanuni hallar, imtahanlar zamanı rüşvət alınması, vəsaitlərin mənimsənməsi, sənədlərin saxtalaşdırılması və təhsil sistemindəki digər pozuntular inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrdə də yayılıb. Sadəcə olaraq, daha yoxsul ölkələrdə sui-istifadə halları daha kəskin xarakter daşıyır. Lakin müəlliflərin fikrincə, keçmiş SSRİ ərazisində təhsil sistemində korrupsiya xüsusilə güclüdür.

UNESCO ekspertləri Azərbaycanı MDB-nin bu qaranlıq fonunda yeganə istisna hesab edirlər. Onlar qeyd edir ki, bu ölkədə «informasiya texnologiyalarının tətbiqi və Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb».