vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
23:16 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meksikada miqrant faciəsi

Daha bir qayıq batıb

XALİDƏ

Vətənlərindəki həyat şəraitindən narazı olan və daha yaxşı yaşamaq ümidi ilə inkişaf etmiş ölkələrə getmək istəyən mühacirlər kiçik gəmilərlə uzun və təhlükəli dəniz səyahətlərinə çıxmağa davam edirlər. Bu təhlükəli səfərlərdə həyatını itirən mühacirlərin sayına yeni immiqrantlar da əlavə olunur.

ABŞ-a qeyri-qanuni yollarla daxil olmaq istəyən mühacirləri daşıyan qayığın Meksika sahillərində batması nəticəsində itən 7-si qadın olan 8 çinli mühacirin cansız cəsədləri Oaxaka ştatının San-Fransisko del Mar şəhəri sahillərinə çıxıb.

Oaxaca Prokurorluğundan verilən açıqlamada, mühacirləri daşıyan qayığın Qvatemala sərhədinə yaxın Çiapas əyalətinin Tapaçula şəhərindən yola düşdüyü bildirilib. Açıqlamada bir Çin vətəndaşının xilas edildiyi bildirilib. Prokurorluq hadisə ilə bağlı istintaq başladıldığını və şəxsiyyətin müəyyənləşdirilməsi mərhələsində Çin səfirliyi ilə birlikdə işlədiklərini bildirib.

Son illərdə Meksikadan ABŞ-a qeyri-qanuni daxil olan Çin vətəndaşlarının sayında artım olsa da, ABŞ hökumətinin məlumatlarına görə, 2023-cü ildə 37 mindən çox Çinli ölkəyə qeyri-qanuni yollarla daxil olarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.