vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
15:21 | 20 iyun 2014 | Cümə Məqaləyə 1662 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyadakı qaçqınların sayı açıqlandı

Suriya və İraq böhranı bu rəqəmi azı 10 faiz artırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən il dünyada yarısı uşaq olmaqla, 50 milyona yaxın insan öz yurdlarından məcburən didərgin düşüb. Bu, II Dünya müharibəsindən bəri ən böyük göstəricidir. Əsas səbəb isə ötən il insanların Suriya, Cənubi Sudan kimi ölkələrdə baş verən siyasi böhranlardan qaçmasıdır. Bu il isə Ukraynada, Mərkəzi Afrika Respublikasında, İraqda baş verən böhranlar nəticəsində göstərilən rəqəm daha da artıb. Məlumatı BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı yayıb.


BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı qeyd edir ki, keçən il təkcə Suriya böhranından canlarını qurtarmaq istəyənlərin sayı 2,5 milyon nəfər olub. Ümumilikdə, bu böhran nəticəsində 3 milyona yaxın insan qonşu Türkiyə, Livan, İraq və İordaniyaya üz tutub. Bundan əlavə, Suriya sərhədlərində öz evlərini tərk etmiş 6,5 milyon insan məskunlaşıb.

«Biz hal-hazırda dünyada qaçqın və məcburi köçkünlərin sayının inanılmaz sürətlə artımı ilə üzləşmişik», - deyə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyeres bildirib.

Xatırladaq ki, BMT-nin 2000-ci ilin dekabrın 4-də qəbul etdiyi 55/76 qətnaməyə əsasən, iyunun 20-i ümumdünya qaçqınlar günü kimi qeyd edilir.