vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MEDİA-QHT  
15:16 | 10 iyul 2014 | Cümə axşamı Məqaləyə 2542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mehriban Əliyeva dünya mətbuatında

«Nice-matin» Kanndakı «Bakı-Avropa Oyunları - 2015» təqdimatından yazıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın «Nice-matin» qəzetinin 10 iyul tarixli nömrəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəhərin meri Devid Lisnard ilə görüşündən bəhs edən məqalə dərc olunub.


Məqalədə görüşün Kannda ikinci dəfə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində baş tutduğu, görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin dilbər guşəsi olan Qəbələ ilə Kann şəhərinin qardaşlaşması təklifini irəli sürdüyü diqqətə çatdırılmış, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı üçün Kannın münasib yer olduğu bildirilib.

Məqalədə «Bakı-Avropa Oyunları - 2015»in təqdimatı zamanı Mehriban Əliyevanın Kann şəhəri tərəfindən ikinci dəfə qonaqpərvərliklə qarşılanması fikrinə istinad edilmiş, şəhərin merinin qardaşlaşmaya dair Azərbaycanın birinci xanımının təklifini böyük məmnunluq hissi ilə qəbul etdiyi və tezliklə müvafiq protokol sənədlərinin hazırlanmasının vacibliyinə dair fikirləri yer alıb.