vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
08:40 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1351 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarix institutu zamanla ayaqlaşır?

Qurumda yeni şöbə yaradılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun tərkibində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. «Report» xəbər verir ki, Elmi Şuranın qərarı ilə institutun «Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi Nərgiz Axundova yeni yaradılan şöbəyə müdir təyin olunub.

Elmi Şuranın iclasında çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov noyabrın 10-11-də Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə «Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması» mövzusunda keçiriləcək elmi konfrans haqqında şura üzvlərinə ətraflı məlumat verib. İclasda tarixçi-alimlərin edəcəyi məruzələr ətrafında müzakirələr aparılıb və konfransda ediləcək məruzələrin mövzuları konkretləşdirilib.

İclasda institutun rəsmi «tarix.gov.az» portalının yenilənməsi, Vikipediya işinin nizama salınması haqqında qərar verilib.

Y.Mahmudov bildirib ki, institutun portalı AMEA-nın institutları arasında ilk və əhatəli saytdır, amma portalda yenilənmələr aparılmalıdır, bununla bağlı o, tapşırıqlarını verib. O, həmçinin qeyd edib ki, «Tarix İnstitutunun son nəşrlərinin pdf versiyası kütləvi istifadə üçün portalımızda yerləşdirilməlidir».

İnstitutun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsinin elmi işçisi Lamiyə Qafarzadəyə isə vikipediyada Azərbaycan tarixi ilə bağlı materialların izlənilməsi, tariximizə və tarixi şəxsiyyətlərimizə qarşı təxribatlara operativ cavab yazılması işi həvalə olunub.

Elmi Şuranın iclasından sonra Tarix İnstitutunun II Azərbaycan Elm Festivalında iştirakı üzrə təşkilat komitəsinin geniş iclası keçirilib.